Pandemiyadan sonra ilk Həcc ziyarəti...
07.07.2022 [10:57]
MÜŞFİQƏ
İki illik fasilədən sonra, iyulun 6-da koronavirus pandemiyasından sonra ilk böyük Həcc ziyarəti başlayıb. Sonuncu Həcc ziyarəti 2019-cu ilə təsadüf edir. O vaxt Azərbaycandan 1400 zəvvar müqəddəs şəhərlərə getmək şansı qazanmışdı. Azərbaycandan Həcc ziyarətinə gedənlər 4285 dollar ödəniş etmişdilər. Bu qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi. 2020 və 2021-ci illərdə məlum koronavirus pandemiyası səbəbindən Səudiyyə hökuməti Həcc, eləcə də Ümrə ziyarətini dayandırmışdı.
Pandemiya dövründə Həcc ziyarətinə ciddi məhdudiyyət tətbiq edildi. 2020-ci ildə pandemiyanın ən şiddətli dövründə Həcc ziyarətinə təxminən 10 min nəfər gedə bildi. 2021-ci ildə isə Səudiyyə Ərəbistanı vətəndaşları və bu ölkədə daimi yaşayan əcnəbilər arasında 60 000 nəfərə ziyarət nəsib oldu.
Statistika göstərir ki, cari ildə şərtlər yumşaldılsa da, zəvvar sayı pandemiyadan əvvəlki həddə çatmayıb. 2019-cu ildə Məkkəni ziyarət etməyə 2,5 milyon nəfər gəlmişdi.
680 zəvvar Həccə yollanıb
Bu il isə Səudiyyə Ərəbistanı peyvənd olunmuş 1 milyon zəvvarın Məkkəyə gəlməsinə icazə verib. Əlbəttə, bunun üçün həm Səudiyyə Ərəbistanının özünə, həm də ayrı-ayrı xarici ölkələrə müəyyən kvota təyin edilir. Hər bir ölkəyə müsəlman əhalisinin sayına uyğun təyin olunan kvota, görəsən, ikiillik pandemiyadan sonra - bu il necə müəyyənləşib? Konkret olaraq, Azərbaycandan bu il neçə zəvvar Həccə gedib, tələb olunan vəsait nə qədərdir?
Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test veriblər.
Zəvvarların ziyarət proqramı
Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təşkil edir. QMİ Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirli bildirib ki, ümumən Azərbaycandan gedən zəvvarlar üçün Həcc ziyarəti 20 iyul tarixinə kimi təyin edilib. Sonuncu təyyarə Mədinə şəhərindən Bakıya 20 iyul tarixində uçacaq: “Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar Ciddəyə endikdən sonra ehram bağlanılan yerə, oradan Məkkəyə gedirlər. Onların ilk əməlləri Ümreyi-təməttödür, Kəbə evi ətrafında təvaf etmək, İbrahim məqamı arxasında 2 rükət təvaf namazı qılmaq, Səfa və Mərvə dağları arasında səy etmək, sonda təqsir etmək, yəni saçdan və dırnaqdan bir qədər kəsməkdir. Daha sonra Zülhiccə ayının 9-?a kimi (8 iyul) vacibi ayin yoxdur. Zəvvarlar sərbəst şəkildə Kəbəyə gedib, namaz qılıb dua edirlər. Zülhiccə ayının 9-da Ərəfata çıxacaq, Zülhiccənin 9-dan 10-a keçən gecə Müzdəlifəyə gedib orada vüquf edirlər. Zülhiccənin 10-u, Qurban bayramı günü Müzdəlifədən Minay gedirlər, əşyalarını çadırlarda qoyub Böyük Şeytana daş atmağa gedirlər. Şeytanı daşladıqdan sonra qurban kəsirlər. Qurbandan sonra saçlarını kəsdirib Hacı olurlar”.
Qeyd olunub ki, Zülhiccənin 10-u, 11-i də Şeytangaha gedib 3 Şeytanı, kiçik, orta və böyük şeytanı daşlayacaqlar. Zülhiccənin 11-dən sonra Kəbəyə gedib qalan vacibi ayinləri tamamlayacaqlar. Məkkədə ayinləri bitirdikdən sonra Mədinə şəhərinə, Peyğəmbər rövsəninin ziyarətinə gedəcəklər. Mədinədə 3 gün qaldıqdan sonra zəvvarlar Vətənə geri dönəcəklər. Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.
Qeyd edək ki, Azərbaycana geri dönüş 19-20 iyulda planlaşdırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25

