Azərbaycan ilə İsrail arasında yeni Saziş
02.07.2022 [11:07]
Turizm sektorunun inkişafına yeni təkan
Nicat PAŞA
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmaqdadır. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq ölkəmiz uğurlu ikitərəfli münasibətlər, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırıb. Mühüm tərəfdaşlarımızdan olan İsraillə də münasibətlər uğurla inkişaf edir. İki ölkə arasında turizm, kənd təsərrüfatı, xüsusən də aqrotexnologiya sahələrində qarşılıqlı-faydalı əlaqələr mövcuddur. Hərbi-müdafiə, həmçinin rəqəmsal texnologiyalar sahələrində də əməkdaşlığın dərinləşdirilməsi də diqqət mərkəzindədir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında Saziş imzalanıb. Saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək. İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Merav Miçaeli iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək hava əlaqələri haqqında sazişi yüksək qiymətləndirib. Görüş zamanı İsrail və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Həm ötən illər ərzində, həm də cari ilin ilk aylarında İsraildən ölkəmizə xeyli sayda turist səfər edib. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələn turistlərin sayı 11 dəfə artıb. Təbii ki, imzalanan yeni Sazişin nəticəsi olaraq bu rəqəm daha da artacaq.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, son illərdə İsrail Azərbaycan üçün əsas turizm ölkələrindən hesab oluna bilər. Mətbuat katibi ölkələrimiz arasında mövcud olan geosiyasi əlaqələrin inkişafının turizm əlaqələrinin inkişafına da təkan verdiyini qeyd edib: “Bildiyiniz kimi, 2021-ci ilin avqustunda Azərbaycanın İsraildə ilk dəfə olaraq turizm, eyni zamanda ticarət nümayəndəliyi fəaliyyətə başladı. Bu ilin martında isə İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı baş tutub. Səfər çərçivəsində Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişə əsasən, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək istiqamətləri üzrə razılaşma əldə olunub. Eyni zamanda, cənab Prezident İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul etdi”.
Əlbəttə, bütün bunlar Azərbaycanla İsrail arasında turizm əlaqələrinin yüksək xətlə inkişafına təkan verəcək addımlardır: “Bundan əlavə, istər onlayn platformalar üzərindən, istərsə də Tel-Əvivdə keçirilən beynəlxalq sərgilərdə iştirak etməklə Azərbaycan haqqında məlumatlılığı artıraraq geniş marketinq tədbirləri həyata keçirilir ki, bu da israilli turistlərin ölkəmizə cəlb edilməsində əsaslı rol oynayır. Qeyd edim ki, israilli blogerlər və media nümayəndələrinin ölkəmizə səfərləri də artıb. Məsələn, ayın əvvəlində Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalında onlarla israilli bloger və KİV nümayəndəsi ölkəmizə gələrək, Şuşaya səfər etdilər”.
İqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələri, qarşılıqlı dostluq münasibətləri də turizm əlaqələrimizin inkişafına öz töhfəsini verir. Azərbaycanda əsrlərdir yaşayan böyük yəhudi icmasının mövcudluğu və zəngin yəhudi irsi də israilli turistləri ölkəmizə cəlb etmək üçün önəmli məqamlardandır: “Bu baxımdan iki ölkə arasında birbaşa reyslərin sayının artırılmasını xüsusilə vurğulamaq lazımdır”.
“Eyni zamanda, Yoel Razvozovun ölkəmizə səfəri çərçivəsində pandemiyanın zəifləməsi fonunda Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri İsrail olub. Hazırda İsraillə həftədə 7 dəfə birbaşa uçuşlar yerinə yetirilir, ancaq bu sayın artmaqda olan tələbata uyğun olaraq yay mövsümü üçün artırılması istisna olunmur” - deyə Gülnar Mustafayeva əlavə edib.
Ümumiyyətlə, son dövrlərdə regionda yaranan yeni reallıqlar iqtisadi-siyasi mənzərəyə də mühüm çalarlar əlavə etməkdədir. Azərbaycanın yaxın tərəfdaşı olan Türkiyə ilə İsrail arasında münasibətlərin inkişafı, o cümlədən bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələnin başlanması, Bakı ilə Təl-Əviv arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir qeyd edib ki, bu gün bölgədə yeni iqtisadi, siyasi reallıqlar meydana gəlib. Eləcə də müasir çağırışlar əməkdaşlığın inkişafını tələb edir. Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və hər iki ölkə arasındakı əlaqələr qarşılıqlı maraqlara söykənir. “Azərbaycan-İsrail arasındakı qarşılıqlı-faydalı münasibətlər dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə, iqtisadi imkanların genişləndirilməsinə xidmət göstərir. İki ölkə arasında bir çox sahələrdə, o cümlədən enerji sahəsində mühüm əməkdaşlıq mövcuddur. Azərbaycan və İsrail həm də etibarlı tərəfdaşlıq münasibətlərinə malikdir. Eləcə də beynəlxalq siyasi arenada hər iki dövlət bir-birinin maraqlarının qorunmasında fəallıq nümayiş etdirirlər. Bir sıra mühüm məsələlərdə Azərbaycan İsrailin dəstəyini hiss edib. Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan dostluq münasibətləri də böyük rol oynayıb. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır” - deyən millət vəkili əlavə edib ki, imzalanan saziş əlaqələrin daha da intensiv xarakter almasına yaxından kömək edəcək.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

