Xaricdə yoxsa, Azərbaycanda?
21.06.2022 [11:02]
İstirahət Türkiyədə daha ucuzdur...
G.QABİLQIZI
Yay fəslində çoxları işdən uzaqlaşıb sakit guşələrə çəkilmək, təbiət qoynunda dincəlmək istəyir. Bəziləri xarici ölkələrə üz tutur, bəziləri də elə ölkəmizin səfalı bölgələrində dincəlir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, yay fəsli gələn kimi ölkəmizdəki istirahət mərkəzlərinin qiyməti xarici ölkələrinkindən heç də geri qalmır. Bəzi hallarda xarici ölkəyə səfər etmək daha sərfəli olur.
4 nəfərdən ibarət bir ailənin Azərbaycanda və ölkə xaricində 7 günlük istirahəti neçəyə başa gəlir? Qiymətlər necədir?
İlk olaraq dünyada ən çox turist qəbul edən ölkələr siyahısında 6-cı yerdə olan Türkiyədən başladıq. Qardaş ölkədə həyət evləri və otellərdə bir həftəlik ailəvi istirahət 300 manatdan başlayır. Bu qiymətə təklif edilən məkanlarda adətən standart, ekonom paketlər daxildir. Bəzilərində isə turistlər üçün səhər yeməyi də nəzərdə tutulub. Qiymətlər otellərin ulduz sayından, göstərdiyi xidmətdən asılı olaraq on minlərlə manata qədər arta bilər.
İqtisadiyyatının əsas tərkib hissəsini turizm sektoru təşkil edən Gürcüstanda yenə eyni şərtlərlə istirahət 500 manatdan başlayaraq otaq seçiminə və göstərilən xidmətlərin səviyyəsinə görə dəyişir. Bununla belə, komforta bir o qədər də önəm verməyən, əsasən tarixi məkanlara üz tutmağı sevənlər üçün günlük kirayə evlər də təklif olunur. Belə olduğu halda isə, qeyd etdiyimiz büdcənin yalnız kiçik bir hissəsini ödəyə, qalan digər hissəsi ilə də istirahətin başqa həzzlərini yaşaya bilərsiniz.
Turizm cəhətdən dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində istirahət 900 manatdan başlayır. Əslində, əhalinin böyük hissəsinin yüksək gəlirli olduğunu nəzərə alsaq, bu qiymət yerli əhali üçün bir o qədər də baha sayılmır.
Həm ölkə, həm də ümumilikdə dünya əhalisinin ən çox arzuladığı məkanlardan biri olan Maldiv adalarında ailənizlə istirahət etmək üçün 1000 manatınızdan keçməlisiniz. Otel qiymətlərinin ən yüksək məkan olduğu Maldivdə bu qiymət 30 min manata, bəzən isə bundan daha yüksəyə qalxa bilir.
Səyahət həvəskarlarının digər bir qismi isə ölkə daxilində istirahət etməyi daha üstün tuturlar. Daxili turizmin önəmi xüsusilə pandemiya səbəbindən tətbiq edilən qadağalar zamanı daha da artdı. Vətəndaşlarımız istər həftəsonları, istərsə də məzuniyyət günlərində ölkəmizin gəzməli-görməli məkanlarına üz tuturlar.
Rayonlarımızda istirahət edənlərin bəziləri otellərdə, bəziləri isə kirayə mənzillərdə qalırlar. Qiymətlərə gəldikdə isə dörd nəfərdən ibarət bir ailənin bölgələrdən birində hoteldə bir həftəlik istirahət xərci 1000-1500 manat arasında dəyişir. Ailə kənd evini kirayə götürərsə, bu, oteldə qalmaqdan daha ucuz başa gəlir.
Turistik rayonlarımızdan biri olan Qəbələdə bir çox istirahət mərkəzi fəaliyyət göstərir. Bu da tətil mövsümündə istirahət mərkəzi seçməyi çətinləşdirir. Araşdırmalarımıza görə, həm yerli, həm də xarici turistlərin seçimi olan Qəbələdə 4 nəfərdən ibarət ailənin bir həftəlik istirahəti 600 manatdan başlayır.
Təkcə yay aylarında yox, həm də qış mövsümündə istirahət etmək istəyənlərin üz tutduğu Şahdağda yerləşən otellərdə istirahətin qiyməti 1000 manatdan başlayır. Burada həyət evlərini daha münasib qiymətə tapmaq mümkündür.
Ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilən İsmayıllıda istirahət 700 manatdan başlayır.
Dəniz, dağ və meşə zolağı ilə ziyarətçiləri cəlb edən Lənkəranda bir ailənin 7 günlük istirahəti 450 manatdan başlayır. Qeyd edək ki, Lənkəranda istirahət mərkəzlərinə üz tutan ziyarətçilər arasında yerli turistlər üstünlük təşkil edir.
Yay günlərində üz tutduğumuz məkanlardan biri də çimərliklərdir. Paytaxtın Bilgəh qəsəbəsində fəaliyyət göstərən otellərdə istirahət azı 2000 manata başa gəlir.
Turizm ekspertlərinin fikrincə, haraya üz tutmağınızdan asılı olmayaraq ən azı bir ay öncədən rezervasiya etməklə istirahət planlarınızı daha ucuz qiymətə həyata keçirə bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

