III Dünya müharibəsi barədə kəhanətlər çin olur
18.03.2022 [10:56]
Dünya uçurumun kənarındadırmı?
Sonsuz terror aktları, davam edən silahlı münaqişələr, Rusiya, ABŞ və Avropa İttifaqı arasında davam edən fikir ayrılıqları planetimizdə sülhün sözün əsl mənasında ipdən asılı olduğunu göstərir. Çoxları Ukrayna hadisələri ilə III Dünya müharibəsinin artıq başlandığını düşünür. III Dünya müharibəsinin mütləq şəkildə baş verəcəyinə dair müxtəlif millətlərin və dövlətlərin öngörücüləri, ekstrasensləri müxtəlif illərdə proqnozlar vermişdilər. Məsələn, Nostradamus, Vanqa, Messinq, İrlmeyer, Rasputin, yepiskop Entoni, müqəddəs Hilarion, Edqar Keysi və. s.
İlhamə HƏKİMOĞLU
“Uyuyan peyğəmbər” adını almış amerikalı Edqar Keysi bəşəriyyətin müharibələrdən çox təbii fəlakətlərdən, insanların öz əməli üzündən əziyyət çəkəcəyini qeyd etmişdi. O, gələcək nəsillərə III Dünya müharibəsinin Asiyada kiçik bir dövlətlə başlayacağını söyləmişdi. “Ən böyük faciəni Suriya yaşayacaq. Dörd dövlət başçısına hücum olacaq. Müharibənin nəticələri dəhşətli olacaq. Amerika Birləşmiş Ştatları - torpaq və insanlar atom bombaları ilə məhv ediləcək”, - deyə o bildirmişdi. Nəzərə alaq ki, Keysi 1945-ci ildə vəfat etmişdi və həmin il atom silahı ilk dəfə sınaqdan çıxarılmışdı.
Roma Papası Fransisk də III Dünya müharibəsinin “artıq qismən başladığını” bəyan edib: “Amma müasir hibrid müharibələr, informasiya müharibəsi, yalan məlumatlar, insanların şüur savaşı fonunda çoxları bunu hiss etməyib” - deyə o bildirib.
Eyni fikri hələ 10 il öncə BƏƏ rəhbəri də dilə gətirmiş, lokal müharibələrlə III Dünya müharibəsinə start verildiyini bəyan etmişdi. Bütün məşhur öngörənlərin kəhanətlərinə əsasən, əsas hərbi əməliyyatlar Şərqdə başlasa da Qərbi Avropa ərazisində baş verəcək. Nostradamus kimi tanınan orta əsr astroloqu və kimyaçısı Mişel de Notrdam 3797-ci ilə qədər hadisələri proqnozlaşdırmışdı. Nostradamusun I Dünya müharibəsi, Adolf Hitlerin yüksəlişi və II Dünya müharibəsi barədə proqnozları özünü doğruldub. Onun öngörülərinə əsaslansaq, 2022-ci ildə ölkələr arasında əlaqələr yaxşılaşmağa başlayacaq, geri dönməz iqlim dəyişikliyinə qarşı mübarizə davam edəcək. ABŞ qarşı çıxsa da, Rusiya və Ukrayna 2022-ci ildə sülh sazişi imzalayacaq. O, həmçinin hesab edib ki, 2022-2041-ci illər dünya tarixində qlobal silahlı münaqişənin başlaya biləcəyi son dövrdür. Nostradamus turistlərin kosmosa səyahətini də proqnozlaşdırıb. Yeri gəlmişkən, bu proqnoz artıq özünü doğrultmağa başlayıb. Nostradamus 2022-ci ilin dekabrında planetə asteroid yağışının yağacağını da yazmışdı.
Bolqar öngörücü Vanqa 2022-ci ili bəşəriyyətin həyatında dönüş nöqtəsi adlandırıb. Onun dediyinə görə, əsas çətinliklər enerji böhranı və iqlim fəlakətləri ilə bağlı olacaq. O, bildirib ki, 2022-ci ildə dünya bəşəriyyətin irəliyə doğru böyük addım atmasına kömək edəcək qlobal kəşfə heyrətlənəcək. Vanqa bu kəşfi “Günəşdən daha güclü enerji mənbəyi” adlandırıb.
Siyasətə gəlincə, Vanqa 2022-ci ildə Amerika ilə Rusiya arasında münasibətlərin mürəkkəbləşəcəyinə, bir müddət sonra dayana biləcəyinə dair proqnozlar verib. O, Rusiya ilə Çin arasında münasibətlərin çiçəklənəcəyini qeyd edib.
Qlobal böhran səbəbindən dünyada yoxsulluq daha da pisləşəcək. O, insanlara səbirli olmağı tövsiyə edib, çünki 2022-ci ildə çoxları maddi vəziyyətlərini yaxşılaşdıra bilməyəcəklər. O “altı ikilik ili”ndə (02.02.2022) planetin dəhşətli fəlakətlə üzləşəcəyini, Rusiyanın bu fəlakətin mərkəzində xüsusi rol oynayacağını da bildirib.
Vanqa koronavirus pandemiyasını proqnozlaşdırmışdı. Onun kəhanətinə görə, 2022-ci ildə, insanlar ölümcül infeksiyaya öyrəşəcəklər, buna görə də virusu adi soyuqdəymə kimi qəbul edəcəklər. “Xoruzun banlaması” ilə pandemiya başa çatacaq. Vanqa bu sözlərlə nə demək istəmişdi? Bəlkə xoruz ilini və ya yeni bir virusun gəlişini? Onun daha bir kəhanətinə görə, 2022-ci ildə alimlər Sibirdə yeni virus tapacaqlar. “Xəstəlik uzun müddətdir ki, əbədi dondadır, lakin iqlim dəyişikliyinə görə buzun altından çıxa biləcək”, - deyə proqnozda bildirilir. Bəlkə də qorxunc Sibir yarası və ya haqqında bilmədiyimiz hansısa başqa bəla bizi gözləyir.
Vanqa ciddi xəstəliklə yanaşı, bəşəriyyətin üzləşməli olduğu digər çətinliklərdən də danışıb.
O, 2022-ci ildə insanların susuzluqdan əziyyət çəkəcəyindən danışıb. Görücü dünyanın bir çox şəhərlərində içməli su çatışmazlığının olacağını, Hindistan sakinlərinin isə anomal istilər səbəbindən aclıqla üzləşə biləcəyini deyib.
Bundan əlavə, bolqar görücü iki dövlətin liderlərinin əl-ələ verəcəyini və bəzi slavyan dövlətlərinin Rusiyanın tərkibinə qayıdacaqlarını, bunun isə asan başa gəlməyəcəyini bildirib.
Vanqanın proqnozuna görə, Rusiyadan üz döndərənlərin hamısı “yeni qiyafədə” geri dönəcəklər. O, Rusiyanın planlaşdırdığı yoldan dönməyəcəyini də bəyan edib.
“Çox şey qurban veriləcək. Rusiyanı heç kim dayandıra bilməz. O, hər şeyi yolundan süpürəcək və eyni xalqın içində çoxlu qanlar axacaq”. Eyni xalqın qanı deyimi iki qardaş slavyan xalqının müharibəsindən söz açmırmı, sizcə?
Vanqa SSRİ-nin dağılması, 11 sentyabr terror aktı və Çernobıl faciəsi kimi hadisələri öncədən görmüşdü.
Böyük Volf Messinq hesab edirdi ki, Rusiyanı köklü dəyişikliklər və güclü iqtisadi böhran gözləyir, bundan sonra firavanlıq və rifah dövrü gələcək. “2022-ci il Rusiya xalqı üçün asan il olmayacaq. Dünya səhnəsində kifayət qədər çətin bir il gözlənilir. Lakin Rusiya tərəfdaş ölkələrdən qarşılıqlı anlaşmaya və hörmətə nail ola biləcək”, - deyə o bildirib. O, 2022-ci il haqqında proqnoz verərkən məhz Rusiyanın adını çəkib...
Moskvalı Matrona ananın kəhanətlərinə əsasən, 2022-ci il bəşəriyyət üçün sınaqlar ilidir.
“2022-ci ildə III Dünya müharibəsi olmayacaq, amma qarşıdurmalara çağırışlar başlayacaq, xalq arasında yalançı peyğəmbərlər peyda olacaq. Bunun adı müharibə olmayacaq, çoxlu qurbanlar olacaq, bütün ölülər yer üzündə yatacaq”, - deyə Matrona ana bildirib. Doğrudan da Rusiya Ukraynadakı hərbi əməliyyatları müharibə adlandırmır. Adı hər nə olsa belə, qan tökülür.
Məşhur astroloq Tamara Qloba bu günlərdə apardığı hesablamalar əsasında öz proqnozlarını səsləndirib: “Daha üç il məhdudiyyətlər gözləyirik.
Dövlətlər arasında münaqişələr və ya ölkələr daxilində xalqın qəzəbi 2022-ci ilin yazının sonunda, 2023-cü ilin əvvəlində kəskinləşə bilər. Bununla paralel olaraq miqrasiya prosesləri də davam edəcək. Ölkələr arasında giriş-çıxışla bağlı bəzi məhdudiyyətlər daha üç il qalacaq. Qlobal miqyasda hər şey dəyişəcək, yəni sərhədlər yalnız 2024-2025-ci illərdə açılacaq, lakin bu vaxta qədər pasportların və nəqliyyat vasitələrinin yeni formaları olacaq”. Qloba Putinin nə zaman hakimiyyətdən gedəcəyinə dair çoxsaylı suallara cavab olaraq “o yalnız özü istəyəndə hakimiyyətdən gedəcək” cavabını verib.
Tamara Qloba hələ 80-ci illərin əvvəllərində əri, məşhur astroloq Pavel Qloba ilə SSRİ-nin yaxınlaşan dağılması barədə proqnoz vermişdi. “Bizi uzun müddət təqib etdilər. O zaman bizim proqnozumuz cəmiyyətə çağırış kimi səslənmişdi”, - deyən Qloba dünyanın yeni qaydalarla idarə olunacağı, pandemiyadan sonra heç nəyin əvvəlki kimi olmayacağını söyləyib.
Kəhanətlərə inanıb-inanmamaq hər kəsin öz işidir. Amma öngörənlərin illər, əsrlər öncə söylədiklərini bugünkü reallıqlar fonunda oxuyanda çox şey aydın olur, inanmaya bilmirsən. Öngörülər, gələcəyə dair proqnozlar ilahinin verdiyi mesajdırmı, beynimizin hələ kəşf edilməmiş gizli gücünün məhsuludurmu? Bax bu artıq başqa bir yazının mövzusudur.
Xəbər lenti
Hamısına baxİdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01

