Yoxdur dərdimə dərman, ey təbib
09.02.2022 [10:06]
Apteklərdə dərman qıtlığı, pandemiyanın öldürdüyü və diriltdiyi insanlar
İlhamə
Səhiyyə sənayesinin gəlirləri 6-7 dəfə artıb- Çiçəklənmə, yoxsa fəlakət?
Hər fəlakətin öz qazananları var. Müharibələr, narkomaniya və silah bazarının inkişafı milyonların göz yaşları hesabına bir ovuc insanın pul gölündə üzməsi deməkdir. O cümlədən pandemiyanın da “diriltdiyi” və öldürdüyü insanlar var.
Statistikaya görə, dünya üzrə səhiyyə sənayesinin gəlirləri pandemiyadan əvvəlki dövrə nisbətən 6-7 dəfə artıb. Bu, Azərbaycanda da belədir. Yaranmış vəziyyət idxalçı şirkətə sərf edir. Daha çox məhsul idxal etmədən, sadəcə qiymət artımı ilə böyük qazanc əldə etmək imkanı var. Koronavirusun yeni dalğa ilə hücum etdiyi, hər 10 nəfərdən birinin xəstələndiyi bu günlərdə Bakı sakinləri yaxınları üçün koronavirusa qarşı Azərbaycan həkimlərinin effektiv hesab etdiyi əksər dərmanların tapılmadığını və qara bazarda normadan çox baha qiymətə satıldığını deyirlər. Dərman çatışmazlığı ilə bağlı səslənən sualların cavabında Səhiyyə Nazirliyi bildirir ki, bu qurum dərman satışı ilə məşğul olmur.
Pandemiya dövründə dərman satışı da, müalicə işi də bir əldə toplansa, yaxşı olmazdımı? İnsanlar TƏBİB-lə Səhiyyə Nazirliyi arasında qaçdı-tutdu oynamazdılar...
Dərman çatışmazlığı cəmiyyətdə çoxsaylı suallara yol açıb
Bir ara adi “Valerian”ı tapmaq müşkülə çevrilmişdi. Uzun müddətdir hər kəsin “marqansovka” kimi tanıdığı kalium permanqanat prekursoru satışdan yoxa çıxıb. “ACC”, “Blokium” kimi preparatları da əksər apteklərdə tapmaq olmur. “Unidoks” tabletlərini tapmaq təbərrük tapmaqdan çətin məsələyə çevrilib. Diabet xəstələri insulin çatışmazlığından şikayətçidirlər.
“Kleksan”, “Acetaminophen”, “İbuprofen”, “Naproxen”, “Favipiravir”, “Arbidol”, “Azitromitsin”, “Hidroksixloroxin”, “Qrippferon”, “İnqavirin”, “Qalavit”, “Avifavir”, “Koronavir”, “Remdesivir”, “Lopinavir”, “Deksametazon” - apteklərdə əvvəlki dönəmlərlə müqayisədə dəfələrlə baha qiymətə satışdadır.
Nə üçün dərman qıtlığı yaşayırıq? Bu suala cavab verən aptek sahibi Tariyel Süleymanov “Yeni Azərbaycan”a bildirib ki, koronavirusla mübarizə üçün lazım olan dərmanlara tələbat artıb. Bazarın qaydasına görə, tələb təklifi üstələyəndə çatışmazlıq və qiymət artımı yaranır, saxta məhsullar bazarda özünə yer tutur. Apteklərdə “tapılmayan” dərmanlar baha qiymətə vasitəçilərlə tapılır.
“Bu aralar ən çox koronavirusla bağlı və onun aktivləşdirdiyi xroniki xəstəliklərlə bağlı dərmanlara tələbat artıb. Məsələn, hipertoniya, əsəb, ürək, qan-damar, yuxarı nəfəs yolları xəstəlikləri ilə bağlı dərmanlara ehtiyac artıb. Bununla belə, mukaltin qrupundan tablet və siroplar tapılmır. Səbəb, xaricdən gələn idxalın azalmasıdır. Hər ölkənin dərman almaq üçün limiti var. İndi qlobal səviyyədə dərman çatışmazlığı yaşanır. Ölkələrə dərmanlar limit daxilində satılır, tələbat isə həmişəkindən çoxdur. Bəs pandemiya bitməsə, necə olacaq?
Bir müddət əvvəl Tarif Şurası istisnasız bütün dərmanlara Çin və Rusiya istehsalı qiymətləri qoydu. Qiymətlər çox aşağı düşdü. Nəticədə ölkədə nə qədər dünyaca məşhur əczaçılıq nümayəndəliyi vardı, hamısı bağlandı. Çünki bura mal gətirmək sərf eləmədi. Məsələn, Almaniyada istehsal olunan dərmana sən Çin qiyməti qoya bilməzsən. Qaçıb gedəcək. Nəticədə bazarda ancaq rus, çin və üçüncü dünya ölkələrinin malları qaldı. Keyfiyyət çox aşağı düşdü.
Bunun səhv olduğunu anlayanda artıq gec idi. Çünki qara bazar formalaşdı və bu, bir qism insanlara milyonlar qazandırdı. Dünyanın hər yerində keyfiyyət bahadır. Amma qarantiyalıdır.
Bütün dərmanlar hansısa şirkətin məhsuludur. Keyfiyyətli dərmanlar hazırlayan, məhsullarına GMP sertifikatı almış şirkətlər də var, keyfiyyətə önəm verməyən, ucuz jeneriklər istehsal edən şirkətlər də...
Keyfiyyəti aşağı olan preparatlar istehsal edən şirkətlər həkimlərlə əməkdaşlığa girməyə çalışırlar, müxtəlif həvəsləndirici tədbirlər görür ki, həkim məhz onların dərmanını yazsın. Təəssüf ki, ölkəmizdə belə firmalar həddindən artıq çoxdur. Keyfiyyətli dərman tapa bilməyən həkimlər bəzən belə əməkdaşlığa gedirlər. Dərman problemi səhiyyəmizin ən ağrılı problemlərindən biridir. Hazırda Azərbaycanın əczaçılıq müəssisələrində Hindistan, Çin, İtaliya, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, İsrail kimi ölkələrdən gətirilən dərmanlar üstünlük təşkil edir. Həmin dərmanların qiyməti və keyfiyyəti də onların hansı ölkədən gətirilməsinə əsasən müəyyən edilir. Ümumilikdə isə tələb olunan dərmanlar apteklərə az miqdarda verilir”, - deyə Tariyel həkim bildirib.
Həkim Rza İmamverdiyevin dediyinə görə, dövlət tərəfindən 10 mindən çox dərmanın qiyməti tənzimlənir:
“Biz hətta dövlət tərəfindən tənzimlənən dərmanların belə baha satıldığını görürük. Müvafiq dövlət orqanları məsələyə aydınlıq gətirməlidir.
Karantin başlayarkən bizdə vəziyyət ideal idi. Görülən bütün tədbirlər yüksək səviyyədə təşkil olunurdu. Hesab edirəm ki, etdiyimiz ən böyük səhv testlərin aparılmasının çox baha qiymətə özəl klinikalara verilməsi oldu. İnsanların çoxunun imkanı çatmadı. Nəticədə xəstəlik yayıldı. Eyni zamanda, müvafiq dərmanların tapılmaması, pulsuz aparılan te?tlərin cavablarının həddindən çox ləngiməsi, bütün kontakda olan adamlardan müvafiq analizlər götürülməməsi bizdə vəziyyəti kritik həddə çatdırdı”.
İnzibati xətalar məcəlləsinin 221-ci maddəsinin 2-ci bəndinə görə, qiyməti tənzimlənən dərman vasitələrinin Tarif Şurasının müəyyən etdiyi yuxarı həddən baha satılmasına görə: vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək; hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Müvafiq hal 1 il müddətində təkrar törədilərsə, bu zaman: vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Saxta dərmanlar da bir başqa bəladır. Hesablamalara görə, bütün dünyada saxta dərmanlar ümumi dərman dövriyyəsinin 10, bəzi ölkələrdə isə hətta 50 faizini təşkil edir.
Bu müddət ərzində koronavirus barəsində yayılan qorxunc əfsanələr insanların hələ xəstələnmədən, yanlış dərman istifadəsinə, bu səbəblə də sağlıq problemləri yaşamasına gətirib çıxardı. Qaş düzəltmək istərkən göz çıxartdıq.
Kimin əli kimin cibindədir?
Pandemiyanın bitməsi bəzi güclərə sərf etmir. Zaman uzandıqca, yeni mutasiyalar, ştammlar ortaya çıxdıqca artıq bu ehtimallar reallığa daha çox bənzəyir. Elə ona görə bəzi çox maraqlı faktları da diqqətə çatdırmaq istərdik.
Çinin Uhan şəhərində yerləşən bioloji laboratoriya “Glaxo”ya məxsusdur. “Glaxo” vaksin istehsal edən “Pfizer” şirkətinin sahibidir. Şirkət “Black Rock” fondu tərəfindən idarə olunur. “Black Rock” Soros Fondunun açıq və alt fondlarını idarə edir. “Glaxo” Fransanın “AXA” şirkətinə xidmət göstərir. Almaniyanın “Wintertor” şirkətinin sahibidir. Əsas səhmdarı maliyyə nəhəngi “Vanguard”dır və o da öz növbəsində “Black Rock”un əsas səhmdarlarından biridir. O, əksər böyük banklara nəzarət edir və dünyanın investisiya kapitallarında 1/3 sahibdir. Eyni zamanda, “Microsoft”un əsas səhmdarlarındandır.”Glaxo” Ümumdünya Səhiyyə Təşkilatının əsas sponsorlarından biridir.
Nəticə? Nəticə çıxarmaq hər kəsin öz işidir.
Koronavirus bitsə də, yeni-yeni virusların dünyaya “səpələnməsi”, bioloji silah müharibələrinin başlanması istisna deyil. Bu ehtimal həmişə var.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

