Bu ifadə necə yaranıb?
28.12.2021 [10:57]
İlhamə
Bəzən hər gün işlətdiyimiz kəlmələrin, əslində uzaq tarixlərdən xəbər verməsinin fərqində olmuruq. Bir qədər araşdıranda bir kəlmə ilə qədim əfsanələrin, nağılların necə yarandığını anlayırsan, haqqında bilmədiyin bir tarixi hadisədən xəbərdar olursan. Bu gün sizə bir neçə söz və ifadənin yaranması haqqında maraqlı məlumatları təqdim edirik.
Dünyanın bütün dillərində ən çox işlənən 3 sözün tarixçəsi:
Global Language Monitor Assosiasiyasının araşdırmasına görə, “OK”, “SOS”, “ALO” planetdə ən çox yayılmış və hamının qəbul etdiyi 3 sözdür. Bu sözlərin necə yaranması barədə maraqlı, kiçik məlumatları sizinlə paylaşmaq istəyirik.
“Alo” necə yaranıb?
Dünyada telefonla danışan hər kəsin ilk kəlməsi “Alo”dur. “Alo” sözü Alessandra Lolita Osvaldo adlı xanımın adının baş hərflərindən ibarətdir. Hər dəfə “Alo” deyərkən, əslində, telefonu icad edən kişinin yarım qalmış sevgisinə toxunduğumuzun fərqində olmuruq. Alessandra Lolita Osvaldo telefonun ixtiraçılarından biri olan A. Qrehem Bellin sevgilisi olub. A.Bell ilk telefon xəttini sevgilisinin evinə çəkmişdi. Telefon hər dəfə zəng çalanda Graham Bell dəstəyi götürüb sevgilisinin adını deyərdi. Bell zaman keçdikcə sevgilisinə adını qısa şəkildə deməyə başladı. Ona “Ale Lolos” deyə müraciət etdi. Daha sonra sadəcə adın baş hərfləri ilə kifayətləndi: “ALO”.
Bir gün Alessandra Belli tərk etsə də, o, “Alo” deməyə alışdı. Bax beləcə “Alo” sözü telefonla danışan insanlar arasında populyarlaşdı.
“Ok”
Bu kəlmənin sahibləri çoxdur. Birincisi və ən geniş yayılan versiyaya görə, “Ok” ABŞ-ın 8-ci prezidenti olmuş Martin Van Byurenin ləqəbi olub. Old Kinderhook - prezidentin doğulduğu holland qəsəbəsinin adıydı. O, bu adı özünə təxəllüs seçibmiş. Seçkilərdə dəstək məqsədi ilə Martin “The OK Club” adlı siyasi qrup yaradıb. “OK” daim dildə istifadə edilməyə başlayıb.
“OK” sözünün alman mənşəli olduğu da deyilir. Qəzetlərə göndərilən məqalələrdə düzəliş edilməyəndə korrektorlar O.K işarəsinin qoyurdular. Almanca bu, “ohne korrektur”, yəni mənası “korrektə olunmayıb” deməkdir.
Versiyalardan biri də ABŞ prezidenti Endryü Ceksonun adı ilə bağlıdır. Deyilənlərə görə, o, “all correct” sözünü, yəni “hər şey qaydasındadır” ifadəsini “oll korrect” kimi işlədirdi.
Fransızlar isə hesab edir ki, bu söz müharibə vaxtı formalaşıb. Belə ki, günlük döyüşlərdə itki olmadıqda, “0 killed” (0 ölü) yazıblar, qısaldılmış formada isə “OK” deyiblər. İkinci Dünya Müharibəsi illərində ingilislər də bu üsuldan istifadə ediblər. Hərbi təyyarəçilər bazaya qayıdarkən uçuşun uğurla başa çatdığını, heç bir problemin olmadığını izah etmək üçün bu ifadəni işlədiblər.
Qədim qırmızıdərililərin dilində “Okeh” sözü “elə”, çokto dilində “bəli”, yunan dilində “Ola Kala” “hər şey qaydasındadır”, mandinqo dilində “O Ke” “hər şey yaxşıdır”, Vol millətinin dilində “Oav Kay” “bəli, həqiqətən”, latın dilində “Omnia Correcta” “bəli, düzgündür”, şotland dilində “Och Aye” “bəli” anlamını verir.
SOS və Mayday
1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS (“Save Our Souls”) abreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minib. SOS-u çox adam “Save our Ship” (“gəmimizi xilas et”) sözlərinin qısaldılmışı kimi də başa düşür. Əslində, SOS teleqraf zamanından qalma Morze əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçilib. (· · · - - - · · ·). Habelə işıq vasitəsilə üç qısa, üç uzun, üç qısa işıq yanma siqnalı da SOS-u əvəz edir. İlk dəfə bu siqnalı 1909-cu ildə Amerikaya məxsus “Arapaoe” adlı gəmi Nyu-Yorkdan Ceksonvillə gedərkən göndərib. “Titanik” bu siqnalı vermiş səkkizinci gəmi idi.
Mayday isə təyyarəçilərin SOS siqnalı hesab olunur. London Hava Limanında çalışan rabitəçi Frederik Stenli 1923-cü ildə SOS siqnalının radiodalğalarda effektiv olmadığnı əsas gətirərək bütün dillərdə asan anlaşılan söz axtarışına çıxıb. Fransızların” Venezmaidez” ifadəsi (“Gəl mənə kömək et”) cüzi dəyişdirilib, venez kəlməsi atılıb, maidez isə assimilyasiyaya uğrayaraq Mayday şəklində qalıb. Və artıq bir əsrdir ki, dünyada istər havada, istər quruda, istərsə də dənizdə köməyə ehtiyacı olanlar Mayday deyə səslənirlər.
“Monqol” sözü nə üçün bəzən təhqiramiz ifadə kimi işlənirdi?
Bir çox dillərdə anlayışı az olan adamlara “monqol” deyə kinayə ilə səslənilməsinin qəribə tarixçəsi var.
1866-cı ildə ingilis həkimi Con Langdon Daun “Daun sindromlu” uşaqlar barədə araşdırma apararkən xarici görünüş baxımından bir-birlərinə çox bənzəyən bu uşaqların xəstəliyini “monqolizm” adlandırıb.
“Daun sindromlu” uşaqlar boy və çəki baxımından yavaş böyüyür, yavaş öyrənir, zəka səviyyələri normal uşaqlarda olduğundan aşağı olur. Bu uşaqlar hərəkət və davranışlarına, eləcə də zahiri görkəmlərinə görə bir-birlərinə çox oxşayır, stereotipləri də eynidir: boyları qısa, kəllələri kiçik və yumru, gözləri qıyıq və s.
Onlar sima olaraq monqollara bənzədikləri üçün bu xəstəliyə, “monqolizim”, uşaqlara da (monqollara bənzəyən mənasında) “monqoliot” və ya “monqol” deyilib. Bu ad 1866-cı ildə ingilis həkimi Con Langdon Daun tərəfindən qoyulmuşdu. Təxminən 10 il öncə asiyalı elm adamları “monqol” sözünün bu şəkildə işlədilməsinə etiraz edərək xəstəliyi həkimin adıyla “Daun sindromu” adlandırıblar.
Altdan geyinib üstdən qıfıllanmaq
Artıq arxaikləşməkdə olan bu qədim məsəlin arxasında, əslində, ağlagəlməz bir “dəb” tarixçəsi dayanır. Söhbət orta əsrlərdə istifadə olunan bəkarət kəmərindən gedir. Miflərə əsasən, bəkarət kəmərləri ilk dəfə 1100-cü illərdə Səlib yürüşləri zamanı istifadə edilib. Bəkarət kəməri dəmirdən hazırlanan və qıfılı olan altgeyim formasıydı. Ərləri xaç yürüşlərinə gedən qadınlara xəyanət etməsinlər deyə bəkarət kəməri geyməyi əmr edirdilər. Sonralar katolik keşişlər də bu kəmərlərdən istifadə etməyə başladılar. 1090-1153-cü illərdə yaşamış fransız rahibi Müqəddəs Bernard Klairvauksun əlyazmasında qeyd edilir: “Onlar məşəllər ilə çıxdılar, bellərini qayışla qurşaqladılar, bədənlərinin ətrafında əxlaq qurşağı bəndləmək üçün onların nümunəvi hərəkətlərinin işığı qonşularına və Atamızın şöhrətinə işıq tutmalıdır (On Bakirə qızın İbrətli hekayəsində, Moizə 710). Hətta müsəlman aləmində də inzivaya çəkilən abidlərin bu kəmərlərdən istifadə etməsi barədə məlumat var.
XVI-XVII əsrlərdə romantik Avropa şairləri bəkarət kəmərlərindən vəfanın, sədaqətin rəmzi kimi bəhs edir, onu bir növ “müqəddəsləşdirirdilər”. Orta əsr poeziyasında bəhs edilən bəkarət kəmərlərinin qarşılıqlı razılaşma ilə tətbiq olunduğu deyilir, hətta ondan adi bir geyim kimi bəhs edilir. Bu məsələ nağıl və əfsanələrə mövzu olduqdan sonra da “altdan geyinib üstdən qıfıllanmaq” kəlamı yarandı və zaman keçdikcə, əslində, bəkarət kəməri anlayışını itirərək, zireh, əlbisə, üst-üstə çoxlu paltar geyinmək anlamını verdi.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

