Avropanın bizə sırımağa çalışdığı “rəngli dəyər”...
08.12.2021 [12:02]
Yaxud cinsini don kimi dəyişənlərin dünyanı dəyişmək iddiası...
Bir neçə il öncə Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə videokonfrans formatında keçirilən tədbirə dəvət almışdım. Avropadan tədbirə qatılmış AŞ-də xüsusi status daşıyan bir xanım dünyada, Cənubi Qafqazda, xüsusən də Azərbaycanda LGBT-yə münasibətin pis olmasını kəskin tənqid edir və bu barədə o qədər içdən, o qədər ürək yanğısı ilə danışırdı ki, “dərdli” olduğunu hiss etməmək mümkün deyildi. Və çıxışının sonunda xanımın dediyi bir cümlə beynimdə yaranmış sualları cavablandırdı. “Mən bir xanımla evlənmişəm. Bioloji atadan bir övlad sahibiyəm. Övladımız xoşbəxtdir ki, onun iki anası var”.
İlhamə Rəsulova
Xanımla evlənmiş bu xanım bizi düzgün olmayan əxlaq normalarında, geridə qalmışlıqda, yeni dünyəvi çağırışlara cavab verməməkdə ittiham edirdi. Əslində, Azərbaycan dövləti bu məsələyə kəskin yanaşmır. Əslində, cəmiyyətin öhdəsinə buraxıb desək, yanlış olmaz. Lakin cəmiyyət qəbul etmirsə, nə etmək olar? Minillik adət və ənənələrimizdən Avropanı məmnun etmək üçün əl çəkə, kimlərəsə zorla üçüncü cinsin nümayəndələrini sevdirə bilmərik.
İllərlə 1 milyon qaçqınımızla bağlı ağzına su alıb susan, işğal altındakı problemlərimizi görmək istəməyən Avropaya nə oldu ki, birdən-birə Azərbaycanda 3-5 LGBT nümayəndəsinin hüquqlarını qorumağa qalxdı? Səbəb sadədir: demoqrafik problemlər. Avropada ailələr övlad sahibi olmaqda maraqlı deyillər, müsəlman inancında övlad cənnətə salınmış körpüdür, ailədə çoxuşaqlılıq problem sayılmır. Müsəlmanların sayı artmaqda, xristian Qərbinin sayı azalmaqdadır. Yüksələn və çoxluq təşkil edən müsəlman dünyası qorxu yaradır. Müsəlman əxlaqından irəli gələn ailə institutu da Şərqdə möhkəm dayaqlar üzərində dayanıb... Bir LGBT ailəsində böyüyüb, eyni evdə iki ataya və ya iki anaya sahib olan uşaqlar üçün öz həmcinsi ilə evlənmək normativ olacaq, bu, hətta onun fiziki tələbatı olmasa belə. Belə görəcək, belə də qavrayacaq. Elə buna görə də Qərb hər bir ölkədə öz yerli LGBT təşkilatlarını yaratmaqda, onlara külli miqdarda maliyyə ayırmaqda maraqlıdır.
Azərbaycanda LGBT-nin hüquqları ilə məşğul olan bir təşkilat fəaliyyət göstərir. O, LGBT-yə qarşı münasibət barədə informasiya toplayır və Avropa təşkilatları üçün hesabat hazırlayır. Sosial şəbəkələrdə LGBT cəmiyyətinə həsr olunan qruplar da var. Belə qrupların üzvlərinin sayını təşkilat öz trolları ilə istənilən qaydada çoxaldıb - azalda bilər. Ölkəmizdə cinsi azlıqların nümayəndələrinin sayının kifayət qədər çox olduğunu isbat etmək üçün onlar ötən il üzvlərinin sayının 4 min nəfərə yaxın, başqa sözlə Bakı əhalisinin 0,1 faizi qədər olduğunu bildirmişdilər. Qəsdən artırılan statistikanın nəyə hesablandığını düşünərək suala cavab tapmaq, yəqin ki, çox çətin olmaz. Sabah, birigün bu azlıq özünü çoxluq elan edərək qanunlarda hansısa dəyişikliklərə nail olmaq və s. kimi addımlar ata bilər.
Bir neçə il öncə homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklər sırasından çıxarılıb. Bildirilib ki, homoseksualizm təbiətin bir hissəsidir, digər canlılar aləmində də mövcuddur. Biz məgər digər şüursuz canlılar nə edirsə onu təkrarlamaq məcburiyyətindəyik? Bəlkə, ona görə güclü zəifi parçalayır bu dünyada?
Klinik psixoloq və seksopatoloq Təhmasib Cavadzadənin fikrinə görə, homoseksuallıq müxtəlif səbəblərlə, əsasən də psixoloji problemlər ucbatından yaranır: “Uşaq vaxtı həddən artıq təzyiq altında böyümək və həddən artıq azadlıq əldə edilməsi onun yaranmasına səbəb ola bilir. Uşaqlıqda psixoloji zorakılığa məruz qalanda, natamam, alkoqolizmə, narkomaniyaya meyilli ailədə bu hallar baş verir. Bundan əlavə, insan genetikasında hansısa bir genin öz yerində olmaması səbəbi ilə yaranmış xəstəlik də ola bilir. Homoseksuallıq anadangəlmə də ola bilir, hansısa hormonal balansın pozulması nəticəsində sonradan da qazanılır. Amma bu, çox az hallarda baş verə bilir. İnsanların düşdüyü mühit, psixoloji travmalar onun yaranmasında mühüm rol oynayır. Homeseksuallığın ciddi xəstəliklər siyahısından çıxarılmasına baxmayaraq, mən onu xəstəlik hesab edirəm. Onu aradan qaldırmaq mümkündür, təbii ki, şəxs özü istəyərsə. Bunun üçün kompleks-psixoloq, seksopatoloq yardımı təşkil edilir. Psixoloji və hormonal faktorlarla yaranan homoseksuallığın müalicəsi var. Sadəcə, zamanında tədbir görmək lazımdır. Homoseksuallığın hansı travmadan yarandığını bildikdən sonra müalicə etmək mümkündür. Cinsini dəyişdirən insanlara 2-3 il ərzində hormonal müalicə təyin edildiyini yəqin hər kəs bilir. Yəni qadın kişiyə çevrilmək istəyirsə, əməliyyatdan öncə hormonal preparatların qəbulu ilə onda ilk dəyişimlər başlayır. Bədəni get-gedə kişi kimi tüklənir, kobud forma almağa başlayır və s. Əgər hormonal müalicə ilə oğlanı qıza, qızı oğlana çevirə bilirlərsə, eyni şəkildə bununla homoseksuallığın da müalicəsi mümkündür”.
Biz heç birimiz yaranarkən nə xalqımızı, nə ölkəmizi, nə ailəmizi, nə cinsimizi seçə bilmirik. Gözəl və ya çirkin, sağlam və ya xəstə doğulmaq da bizim seçimimiz deyil. Ruhunun sahib olmadığı bədəndə doğulmaq da ayıb sayılmamalıdır. Ayıb olan şey öz rəngli şəxsiyyətini əxlaqsızca, qazanc mənbəyi kimi istifadə etmək, hətta öz “yol”unun təbliğatını aparmaq, bunu dünyaya normativ kimi sırımaqdır. Təəssüf ki, ölkəmizdə LGBT nümayəndəsi olan çoxları bədənlərini yüngül həyat tərzi və qazanc yeri kimi istifadə edir.
Dünyanın 69 ölkəsində həmcinslər arasında nikah münasibəti qeyri-qanuni olaraq qalır. Avropanın bəyan etdiyi kimi, bu məsələnin qanuniləşdirilməsi heç də onlara qarşı cəmiyyət tərəfindən zorakılığın sayını azaltmır. Məsələn, 2019-cu ildə Brazilyanın Ali Məhkəməsi homofobiya və transfobiyanın qanuni olması lehinə qərar qəbul etdi. Lakin qarşılığında isə LGBT fərdlərinin öldürülməsi faktlarında artım müşahidə olundu. Avropa Şurası dünyada LGBT fərdlərinə qarşı kəskin münasibəti 3 amillə əlaqələndirir - iqtisadi inkişaf, demokratiya və din. Yəni dərdi-səri olmayan adamlar don dəyişirmiş kimi cinslərini dəyişə bilərlər. Kasıb ölkələrdə guya buna icazə verilmir?! Din anlayışı, təbii ki, bu məfhumu günah kimi qəbul edir. Bu xristianlıqda da belədir, İslamda da. Sadəcə, İslam bu mənada daha sərt, daha barışmaz mövqe tutur. O ki qaldı demokratiyaya... “Demokratiya beşiyi” hesab edilən ABŞ-ın sabiq prezidenti Benjamin Franklin demişdi ki, “demokratiya - iki qurd və bir quzunun günorta yeməyində nə yeyiləcəyini səsverməyə qoymasıdır”. Qərbin Şərqə sırıdığı “demokratiya” anlayışı da ölkədən ölkəyə görə dəyişir. Damarına baxıb qan alırlar...
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

