Türkiyə universitetlərinin təcrübəsi Azərbaycana gətiriləcək
03.12.2021 [17:30]
Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı müzakirələrə başlanılıb. Bu barədə Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarla birgə keçirdiyi brifinqdə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan-Türkiyə birgə universiteti Türkiyənin qabaqcıl ali təhsil müəssisələri səviyyəsində olacaq. Türkiyə universitetlərinin təcrübəsi Azərbaycana gətiriləcək: "İki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq. Universitet təkcə ali təhsili əhatə etməyəcək. Həm elmi tədqiqatlar, həm də tələbə-müəllim mübadiləsi aparılacaq. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək".
"Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması iki ölkə arasında təhsil sahəsində yeni əməkdaşlığın əsasını qoyacaq".
Bunu isə Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar brifinqdə deyib. O, bildirib ki, universitetin yaradılması iki ölkənin təhsilinə töhfə verəcək.
Ekspertlər hesab edirlər ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması siyasi, iqtisadi, mədəni, tarixi əlaqələrimizə görə labüddür. Hazırda Türkiyədə 15 min azərbaycanlı gənc ali təhsil alır. Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.
Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var.
Xatırladaq ki, Azərbaycanın birgə universitet təsis etmək təcrübəsi var. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir.
Eyni zamanda, İtaliya ilə birgə universitet açma təcrübəmiz də var. Bundan başqa, Bakı Ali Neft Məktəbinin nəzdində Cənubi Koreya ilə birgə universitet yaradılıb.
Türkiyənin hansı universitetilə birgə universitet açılacağı isə maraq doğurur.
MÜŞFiQƏ
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15

