Qəhrəmanlığımızın və qardaşlığımızın simvolu
08.06.2010 [14:32]
İyunun 5-də ötən əsrin əvvəllərində ölkəmizi ermənilərin təcavüzündən xilas edərkən qəhrəmancasına həlak olmuş və şəhid olduğu Şamaxı ərazisində torpağa tapşırılmış türk əsgərinin məzarının ətrafında Azərbaycan-Türkiyə qardaşlıq meşəsinin təməli qoyulub. Tədbirə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, səfirliyin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, media təmsilçiləri qatılıb.
Təməlqoyma mərasimindən öncə qardaşlıq meşəsinin girişində şəhid türk əsgərinin xatirəsinə ucaldılmış “Tənha Məzar” abidəsinin açılışı olub. Səfir Hulusi Kılıç açılış mərasiminin rəmzi olan qırmızı lentini kəsib. Abidənin üzərinə Bəxtiyar Vahabzadınin “Tənha məzar” şeiri həkk edilib.
Açılışdan sonra meşədə şam ağacları əkilib. Hulusi Kılıç və onun xanımı da qəhrəman türk əsgərinin məzarı önünə ağac əkiblər.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında bildirib ki, 2000-ci il mayın 19-da Şamaxıda 1918-ci ildə ermənilər tərəfindən soyqırımına məruz qalmış azərbaycanlılara köməyə gələn xilaskar Qafqaz İslam Ordusunun bu bölgədə şəhid olan qəhrəman əsgərinin xatirəsinə abidə ucaldılıb: “Bu məzar 1918-ci ildə gələn Qafqaz İslam Ordusunun zabitlərindən birinə aiddir. Qafqaz İslam Ordusu türk zabitləri və əsgərləri torpaqları işğal edilən və qətlə yetirilən azərbaycanlı qardaş və bacılarımıza yardım etmək üçün bura gəlmişdilər. Onlardan biri burada, bu durduğumuz yerdə şəhid olub və həmin şəhid zabit öz vəsiyyəti ilə döyüş vaxtı vurulduğu yerdə torpağa tapşırılıb. Mən bu məzarın 70 il qorunaraq, bu günə gəlməsində zəhməti olan hər bir kəsə çox təşəkkür edirəm. Bölgə xalqına çox təşəkkür edirəm. çünki sovetlərin qadağalarına baxmayaraq, qəhrəman türk əsgərinin məzarı azərbaycanlı qardaşlarımız tərəfindən ən müqəddəs bir abidə kimi bu günədək qorunub saxlanılıb. Azərbaycanlı qardaşlarımızın çətin günündə onların köməyinə gəlmiş, Azərbaycanın xilası uğrunda canını qurban vermiş türk əsgərlərinin bu torpaqlarda göstərdikləri fədakarlığın unudulmaması və daim yad edilməsi təqdirəlayiqdir. Bu qardaşlığımızın bir simvoludur”.
Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu deyən səfirin sonrakı sözlərini isə bir növ torpaqlarımıza göz dikənlərə xəbərdarlıq mesajı kimi dəyərləndirmək olar: “Biz bu torpaqları vətən bildik. Azərbaycan torpaqlarının dörd bir yanında türk şəhidləri var. O zaman olduğu kimi, bu gün də Azərbaycan üçün, Azərbaycan xalqı üçün, bu torpaqlar üçün şəhid olmağa, qan tökməyə hazırıq. çünki bu torpaqlar bizim vətənimizdir. Mən bütün şəhidlərin ruhları şad olsun deyirəm. Allah bizə pis gün göstərməsin”.
Səfir bu meşənin salınmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlıq edib: “Bu ağacların əkilməsinə görə öncəliklə cənab Prezident İlham Əliyevə çox təşəkkür edirəm. Bildiyiniz kimi, mən Azərbaycanda səfir kimi fəaliyyətə başlayanda demişdim ki, qardaşlıq meşələri yaradacağıq. Cənab Prezident də bu fikri çox bəyənmişdi. Eyni zamanda, Prezident İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsini əsas götürərək, Türkiyə səfirliyi adından qəhrəman türk əsgərinin uyuduğu ərazini yaşıllaşdırmaq məqsədi ilə qardaşlıq meşəsinin salınması barədə fikrimizi Prezident İlham Əliyevə çatdırdıq və Ondan dəstək aldıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bunun üçün lazımi dəstəyi verdi və nazirliyin təmsilçiləri də bizimlə birgə bu tədbirdə iştirak edir. Hamımız birgə qardaşlıq meşəsinin əsasını qoyuruq. Eyni zamanda, başda səfirliyin silahlı qüvvələr attaşesi, tuğgeneral özhan Ayaş olmaqla bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Səfir H.Kılıç Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində önəmli addımların atıldığını da vurğulayıb: “Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində önəmli addımlar atmaqdadır. Biz sağlamlığımıza bu qədər fayda verən, ölkə iqtisadiyyatında önəmli yeri olan meşələri qorumalıyıq. Birlikdə əl-ələ verərək əkdiyimiz bu ağacların Türkiyə və Azərbaycanın birliyi və həmrəyliyi qədər köklü və ulu olmasını arzu edirəm”.
Yeri gəlmişkən, bu sırada bir məqamı xüsusi olaraq vurğulamaq yerinə düşər. Bu məqam da Türkiyənin Azərbaycandakı səfiri cənab Hulusi Kılıçın aksiyaya qatılan KİV təmsilçilərinə özəl münasibət göstərməsi ilə bağlıdır. Aksiya boyu hər an jurnalistlərə xüsusi diqqət göstərən səfirin nahar zamanı bizlərlə bir süfrə arxasında oturması, hər bir KİV təmsilçisi ilə ayrı-ayrılıqda söhbət etməsi həmkarlarımız tərəfindən yüksək dəyərləndirildi.
Tədbirdə iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu da bu aksiyanı yüksək dəyərləndirib. “Yeni Azərbaycan” qəzetinə açıqlama verən cənab Qazioğlu deyib ki, bu, eyni zamanda, tariximizə, keçmişimizə və qəhrəmanlığımızın simvolu olan şəhidlərimizin ruhuna dərin bir ehtiramdır: “Bu çox gözəl bir addımdır. Bunlar bizim ortaq mədəniyyətimizin, tariximizin bir nümunəsidir və bunlara daim sahib çıxmaq lazımdır. Bu məzarlar, eyni zamanda, türk millətinin ayrılmaz bir bütün olduğunu göstərən ən dəyərli nümunələrdən biridir. Bunlar daim qorunub, saxlanmalı, gələcək nəsillərə çatdırılmalıdır. Gələcək nəsillər həmin tarixin önəmini, bu birliyin davam etməsinin vacib olduğunu, həmçinin, bu qəhrəmanlıq nümunələrinin gələcəkdə də güclənərək, böyük qüvvə olmağımızı təmin edən mənəvi, tarixi dəyərlər olduğunu bilməlidir. Qəzetiniz vasitəsilə bu istiqamətdə zəhməti olanlara, həm başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinə və xalqına, həm də Türkiyə səfirliyinə, səfirliyin silahlı qüvvələr attaşeliyinə minnətdarlığımı çatdırmaq istəyirəm. Mən də bu gün burada bir ağac əkdim. İnşallah əkdiyim bu ağacın necə böyüdüyünü görmək üçün 20 il sonra buraya gələcəm”.
Türkiyə səfirliyinin silahlı qüvvələr attaşesi, tuğgeneral özhan Ayaş da çox xoşbəxt görünürdü: “Burada, cənab səfirin də dediyi kimi, qardaşlıq meşəsi salırıq. Yaxın vaxtlarda əraziyə içməli suyun çəkilməsini planlaşdırırıq. Bu qardaşlıq meşəsi Türkiyə-Azərbaycan qardaşlığının bir nümunəsi kimi gələcək nəsillərə qəhrəmanlıq tariximizi çatdıracaq”.
Qeyd edək ki, ərazidə meşənin salınması prosesini ETSN-nin tapşırığına əsasən, Şamaxı Meşələrinin Bərpası və Mühafizəsi İdarəsi həyata keçirir. İdarənin rəisi Arif Şirinov “Prezident İlham Əliyevin Sərəncamına əsasən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi çərçivəsində Ələt-Hacıqabul istiqamətində, Bakı istiqamətində və Şamaxının meşə fondunda 80 ha ərazidə ağac əkmişik. Konkret olaraq qardaşlıq meşəsinə gəlincə, burada ümumilikdə 3000-ə yaxın ağac əkilib. Ərazidə əsasən şam, sərv, iydə və müxtəlif növ digər ağaclar əkilib. 90 faiz salınıb, 10 faizi də salınacaq” - deyib.
Qəzetimizə açıqlama verən Qobustan rayon İcra Hakimiyyəti Təklə ərazi nümayəndəsi Gülbala Bayramov isə bildirib ki, məzar Təklə ərazisinə düşdüyü üçün mütəmadi olaraq ərazidə işlər aparırlar: “Onu da deyim ki, bizim kəndin sakini Məlikməmməd 1937-ci ildə bu məzarın üzərinə abidə qoyub. Sonra isə kənd sakinləri SSRİ dönəmində pir kimi qoruyub saxlayıblar”.
Yeri gəlmişkən, sözügedən meşədə “Yeni Azərbaycan” qəzeti adına bir ağac da biz əkdik. Yəqin, bir neçə il sonra həm bizim əkdiyimiz ağac, həm də salınan meşədə boy verən bütün ağaclar Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamlarından ilham alan Türkiyə-Azərbaycan qardaşlığının daha bir simvolu kimi gələcək nəsillərə sarı boylanacaqlar.
Nadir AZƏRİ,
Bakı-Şamaxı-Bakı
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

