Antalyaya gedib, Qalaiçini görməmək mümkün deyil
23.06.2021 [14:33]
Buranı Bakıdakı İçərişəhərin “əkiz qardaşı” da adlandırmaq olar
Türkiyənin turizm paytaxtı Antalyaya səfərimiz davam edir. Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Qalaiçi adlanan qədim şəhər oldu. Bu qədim şəhərin özəllikləri barədə məlumat verməzdən öncə bir məqamı vurğulamağı borc bilirəm. Qalaiçi dar və dolambaclı küçələri, qədim evləri, qədimlikdən güc alan kiçik çaplı alış-veriş nöqtələri və turistləri razı salan kiçik, lakin ekzotik auraya malik restoranları ilə Bakıdakı İçərişəhəri xatırladır. Əslində, Qalaiçini bu özəlliklərinə görə Bakıdakı İçərişəhərin “əkiz qardaşı” da adlandırmaq olar.
Turistlər Qalaiçinə xüsusi maraq göstərirlər
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhur, turistlərin daim istirahət üçün seçdiyi şəhərdir. Burada turist axınının daha çox qeydə alındığı bölgə isə məhz Qalaiçi adlanan qədim şəhərdir. Bu da səbəbsiz deyil. Əvvəla, səfər zamanı bələdçimiz Məltəm xanım Karametenin bizə bildirdiyi kimi, təkcə yay mövsümündə deyil, ilin 365 gününü Qalaiçinin gəzmək mümükündür. Əgər dəyərli oxucularımzdan Antalyaya yolu düşənlər olsa, ilk növbədə, Qalaiçini görməsi məsləhətdir.
Səlcuqlu yadığarı Yivli minarə
Digər tətəfdən, Antalyanın görməli yerlərinin əksəriyyəti də, demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarə isə Antalyanın simvolu hesab edilir. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Binanın gövdəsi kərpic və firuzə rəngli plitələrdən ibarətdir. Gövdəsində olan 8 yarımsilindrik forma bu minarəni misilsiz edir.
Bir sözlə, 8 yivi var və yivlərinə görə Yivli minarə kimi populyarlaşmışdır. Səlcuqlu dekorativ sənətlərində böyük məna kəsb edən "səkkiz guşə" və ya "səkkiz nömrə"ni tez-tez görürük. Bu xüsusiyyəti Yivli minarədə də görürük.
Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları ...
Qalaiçində əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları şəhər sakinlərinin və qonaqların sevimli istirahət məkanlarıdır. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir.
Qalaiçinin tarixini anlamaq üçün Antalyanın tarixinə nəzər yetirmək lazımdı
Antalyanın 5 mərkəzi rayonundan biri olan Muratpaşa sərhədlərində yer alan Qalaiçinin tarixini anlamaq üçün Antalyanın tarixinə nəzər yetirmək lazımdı. Tarixin müxtəlif dönəmlərində müxtəlif imperatorluqların nəzdində sürətlə böyüyən Qalaiçi 1207-ci ildən etibarən türklərin nəzarətinə keçib. Anadolu Səlcuqlu dövlətinin hökmdarı I Qıyasəddin Keyxosrov tərəfindən ələ keçirilən Qalaiçi qısa müddət sonra itirilsə də, 1216-cı ildə Anadolu Selçuqlu Sultanı I İzzəddin Keykavus tərəfindən yenidən fəth edilib.
Qalaiçinin həm daxildən həm də xaricdən at nalı şəklində olan divarlarının 2000 illik yaşı var. Qalaiçininin küçələri isə dar və qıvrımlıdr.
Hər biri ayrı gözəlliyə sahib 3000-ə qədər ev Qalaiçinin inciləridir
Hər biri ayrı gözəlliyə sahib 3000-ə qədər ev Qalaiçinin inciləridir. Burada əksər evlər iki mərtəbəlidr. Lakin 3 mərtəbəli evlər də var. Antalyaya səfər edib, qədim şəhərdə qalmaq istəyənlər bu evlərdə kirayə qala bilərlər. Qalaiçi evləri rəngarəng boyaları və bir çox özəllikləri ilə minlərlə turistə xidmət edir. Qalaiçinin bir başqa özəlliyi isə etnik tərkibi ilə bağlıdır.Belə ki, əsrlərboyu Qalaiçində fərqli din, dil və irqə məxsus insanlar dostcasına yaşayıb, hazırda da yaşayırlar.
Bələdçimiz Məltəm Karamete deyir ki, Qalaiçinə gələn turistlər burada bir sıra maqarlı muzeylərə də baş çəkə bilərlər. Ən nəhayət, bu qədim şəhəri gəzdikdən sonra limana düşüb, yaxşı bir balıq yemək də məsləhətdir. Yəni, siz həm gözəl dəniz mənzərəsini seyr edə, həm də gözəl nahar edə bilərsiniz.
Nadir AZƏRİ
Türkiyə, Antalya
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

