/ / Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin təqdimat və mükafatlandırma mərasimi keçirilib
Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin təqdimat və mükafatlandırma mərasimi keçirilib
11.06.2021 [08:50]
İyunun 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin təqdimat və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gənc səfirlərin seçimi Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının ölkəmizdə ilk dəfə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində baş tutub.
Təqdimat mərasimində Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasseti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Milli Məclisin deputatı Məzahir Əfəndiyev iştirak ediblər.
Baş nazirin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, bu, uzunmüddətli və eyni zamanda özünü doğruldan layihələrdən biridir. Layihə Azərbaycan gənclərinin beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir. Fəaliyyətini başa vuran gənc səfirlərin uğurlarını müsbət qiymətləndirən Əli Əhmədov onları təbrik edib. Baş nazirin müavini gənclərin etimadı doğruldacaqlarına və üzərlərinə düşən missiyanı uğurla həyata keçirəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənc səfirləri təbrik edərək, onlara bu məsuliyyətli işdə uğurlar arzulayıb. Gənclərin böyük uğurlar qazanacaqlarına inamını ifadə edən nazir müavini deyib ki, gənc səfir seçilmək üçün müsabiqəyə müxtəlif regionlardan 300-ə yaxın ərizə daxil olub. Şəffaf seçim prosesi çərçivəsində həmin gənclər arasından müvafiq bilik və bacarıqlara malik 17 nəfər Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanda növbəti gənc səfirlər seçiliblər.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasseti gənc səfirlərin seçimində fəal dəstəyinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. O, gənclərin hər birinin təmsil edəcəkləri sahədə uğurlu olacaqlarına inandığını qeyd edib.
Qeyd edək ki, 2018-2020-ci illərdə fəaliyyət göstərmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin uğurlu fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə ərazisində təbliğində göstərmiş olduqları səylər layihə üzrə növbəti gənc səfirlərin seçilməsini zəruri edib. Ötən illərdə layihənin gənclərə qazandırdığı bilik və bacarıqlar 2021-2023-cü illər üzrə seçilmiş gənc səfirlərin ölkədə Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar həyata keçirilən təşəbbüslərdə daha fəal və innovativ təbliğat vasitələri ilə fəaliyyət göstərəcəklərinə ciddi əsas yaradır.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

