Azərbaycan və Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir
02.06.2021 [09:26]
İyunun 1-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir dostluq və qardaşlıq münasibətlərimizin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib. Bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə yaxın olan ikinci ölkə yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanında olaraq ilk gündən qardaş ölkənin bütün yüksək rəsmi şəxsləri, o cümlədən ədliyyə naziri Abdulhamit Gül Azərbaycana mənəvi və siyasi dəstəyini ifadə ediblər.
Türkiyənin Baş prokuroru ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təbrik edib. O, müharibə dövründə azərbaycanlı həmkarları ilə daim təmasda olduğunu və hadisələri yaxından izlədiyini söyləyib, Azərbaycanın zəfərindən çox şad olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın sevinci bütün türk xalqının sevincidir.
Görüşdə zəngin müqavilə-hüquq bazasına söykənən əlaqələrin inkişafı, iki ölkənin məhkəmə, ədliyyə və prokurorluq orqanlarının ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı və gələcək perspektivlər vurğulanıb, səfərin qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda, məhkəmə-hüquq islahatları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda hakimlərin şəffaf seçiminə toxunularaq, onların tədrisində qardaş ölkənin dəstəyi və digər birgə tədbirlərin səmərəsi qeyd edilib. Bəkir Şahin ölkəsində də məhkəmə islahatlarının davam etdiyini bildirərək bu sahədə yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Nazir, həmçinin tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki yeni səfiri Cahit Bağçını təyinatı münasibətilə təbrik edib, ona uğurlu fəaliyyət arzulayıb.
Qonaqlar nazirlikdə Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair yeni eksponatlarla zənginləşdirilmiş muzeylə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş xüsusi stendlərlə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

