Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
07.05.2021 [08:53]
Mayın 6-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup qəhrəmanla və arxa cəbhədə fəallığı ilə seçilmiş jurnalistlərlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindən söhbət açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksəkixtisaslı hərbi qulluqçuların hazırlanması və hərbi sahəyə göstərilən diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi uğurlu nəticəsini verdi.
Milli Məclis sədrinin müavini ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, idmanda kütləviliyin təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, müharibədə qazanılan böyük qələbədə hərbçilərimizin fiziki hazırlığının da mühüm rol oynadığını qeyd edib.
Adil Əliyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü yerinə yetirən Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Milli Məclis sədrinin müavini Vətən müharibəsi zamanı dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal iştirakını, xüsusilə, gənclərimizin həm cəbhədə, həm də informasiya müharibəsində fəallığını yüksək qiymətləndirib.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası, habelə şəhid ailələrinin və qazilərimizin qayğı ilə əhatə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir.
Səmimi görüşə görə təşəkkürlərini bildirən iştirakçılar fəaliyyət göstərdikləri sahələrdə bundan sonra da ciddi səylə çalışacaqlarını, ölkəmizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43

