8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07.05.2021 [08:47]
Qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.
Qeyd edək ki, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qısa müddətdən sonra respublikamıza qarşı hərbi təcavüzlə nəticələndi. Ermənilər tərəfindən ərazilərimiz işğal olunurdu. O dövrdə respublikamızda qeyri-sabitliyin, anarxiyanın, hakimiyyət uğrunda mübarizənin hökm sürməsi Şuşa şəhərinin də işğal olunması təhlükəsini yaratmışdı. Milli Ordu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələri iştirak edirdilər. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunəsini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Beləliklə, 1992-ci ildən sonra hər il 8 may tarixi xalqımız tərəfindən Şuşa şəhərinin işğalı günü kimi qeyd edilirdi. Tam 28 il Şuşa erməni işğalı altında yaşadı. Amma ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bununla da tarix yazdı. 2020-ci ilin noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Bu xoş xəbəri Azərbaycan xalqı coşqu ilə qarşıladı, insanlar küçələrə axışaraq Şuşanın azad olunmasını böyük sevinclə qeyd etdilər.
Onu da vurğulayaq ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi.
Qeyd edək ki, noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə bəyan etdi.
Beləliklə də, 1992-ci ildən ötən dövr ərzində ilk dəfədir ki, 8 may tarixi başqa məna kəsb edir. Hazırda dövlətimiz tərəfindən Şuşa şəhərinin bərpası işləri həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin yanvar və mart aylarında Şuşaya səfər ediblər. Dövlətimizin başçısı 28 ildən sonra bu ilin mart ayında Şuşada, Cıdır düzündə Novruz tonqalı alovlandırdı.
Dövlətimizin başçısı Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Eləcə də bu il Şuşada “Xarı bülbül” muğam festivalının və “Vaqif” Poeziya günlərinin keçirilməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, Şuşa “Şərqin konservatoriyası” adlandırılır. Dövlət başçısının yanvar ayındakı səfəri zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. Vaxtilə işğal altında olan bu abidələr düşmən tərəfindən güllələnmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr məxsus olduqları Şuşaya qaytarıldı. Hazırda Molla Pənah Vaqifin məqbərəsi və büstü, eləcə də məscidlərimiz, dini abidələrimiz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur və bütövlükdə Şuşada bərpa-quruculuq işləri böyük vüsət alıb.
Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız özünün əvvəlki şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

