Milli Məclisdə gənclərlə görüş keçirilib
30.04.2021 [08:18]
Aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkəmizin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlament sədrinin müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qalibiyyəti nəticəsində 30 ilə yaxın əsarət altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsindən, tarixi Qələbəmizdən danışıb. Adil Əliyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü yerinə yetirən Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Milli Məclis sədrinin müavini Vətən müharibəsi zamanı dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal iştirakını, xüsusilə gənclərimizin həm cəbhədə, həm də informasiya müharibəsində fəallığını yüksək qiymətləndirib.
Adil Əliyev diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası, habelə şəhid ailələrinin və qazilərimizin qayğı ilə əhatə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir. Söhbət zamanı sədr müavini, eyni zamanda, gənc nəslin təhsilə olan marağının artırılmasının, habelə idmanda kütləviliyin yüksələn xətlə davam etdirilməsinin zəruriliyindən danışıb.
Görüşdə çıxış edən deputat Etibar Əliyev gənclərin Vətən müharibəsində göstərdikləri xidmətləri yüksək qiymətləndirib. O, gənclərimizin bundan sonra da elmə, təhsilə olan maraqlarının artırılması istiqamətində zəruri addımların atılmasının, onların savadlı nəsil kimi yetişdirilməsinin vacibliyini vurğulayıb.
Görüş iştirakçıları səmimi görüşə görə təşəkkürlərini bildirərək, bundan sonra da fəaliyyət göstərdikləri sahələrdə ciddi səylə çalışacaqlarını, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini, qazilərimizi daim diqqət mərkəzində saxlayacaqlarını və ölkəmizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı və deputat Etibar Əliyevin müəllifi olduğu kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

