Əgər yenidən sərtləşdirilmiş karantin rejimini istəmiriksə...
29.04.2021 [08:35]
Artıq bir ildən çoxdur ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı narahat edən əsas problemə çevrilib. COVID-19-un daha geniş yayılmasının qarşısını almaq üçün bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da davamlı tədbirlər görülür. Lakin son vaxtlar dünya düzənində bu virusa yolxanların sayında ciddi artımın qeydə alınması ayrı-ayrı ölkələri yenidən sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qoyub.
Məsələn, Türkiyədə COVID-19-la mübarizə tədbirlərinin nəticəsini daha təsirli hala gətirmək üçün aprelin 29-u yerli vaxtla saat 19:00-dan (Bakı vaxtı ilə 20:00) mayın 17-si saat 05:00-dək bütün ölkə boyu “tam qapanma” rejimi tətbiq olunacaq. Təlimatlara əsasən, bu müddət ərzində “Evdə qal!” məhdudiyyəti aralıqsız qüvvədə olacaq. Əhalinin yalnız evlərinə ən yaxın məsafədə qida və səhiyyə ehtiyaclarının qarşılanması məqsədilə evdən çıxmasına icazə veriləcək. Ölkədə səhiyyə və təhlükəsizlik sahələri tam, istehsal, tədarük, nəqliyyat, kənd təsərrüfatı kimi sahələr isə məhdudlaşdırılmış qrafiklə fəaliyyət göstərəcək. Bu sahələr istisna olmaqla, digər bütün dövlət və özəl qurumların fəaliyyəti tamamilə dayandırılacaq. Kafe, restoran, marketlər məhdudlaşdırılmış rejimdə və yalnız paket servis şəklində xidmət göstərəcək. Qardaş ölkədə qapanma ilə gündəlik yoluxma hallarının azaldılması və bununla yanaşı, peyvəndlənmə prosesinin artırılması ilə pandemiyanın qarşısının alınması nəzərdə tutulur.
Qonşu Gürcüstanda da koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilir. Belə ki, Gürcüstanda Pasxa bayramı ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Qərara əsasən, mayın 3-dən 12-dək ölkədə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Pasxa bayramı günlərində qəbiristanlıqları ziyarət məhdudlaşdırılacaq, məzarlıqlara gedən yollar bağlanacaq. Kilsələrdə bayrama aid dini ayinlərin epidemioloji təhlükəsizlik normalarına uyğun qaydada icrasına nəzarət gücləndiriləcək.
Həmçinin İranda da vəziyyət o qədər ürəkaçan deyil. Belə ki, koronavirusdan ölənlərin sayı 70 mini keçib. Son sutka ərzində koronavirusa yoluxanların sayı 21 mindən çoxdur, 496 nəfər isə həyatını itirib. İranda yoluxanların ümumi sayı isə təxminən 2 milyon 500 min nəfərə çatıb.
Bunları xatırlatmaqla yanaşı onu da vurğulamaq lazımdır ki, Azərbaycanda COVİD-19-un qeydə alındığı ilk gündən bu xəstəliyin geniş yayılmasının qarşısını almaq üçüm dövlət tərəfindən mühüm və davamlı addımlar atılır. Dövlətimizin səyi nəticəsində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini alınıb və vaksinasiya prosesinə start verilib. Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır.
Lakin qonşu ölkələrdə son vaxtlar baş verənlər də bir daha təsdiqləyir ki, qətiyyən arxayınlaşmamalı, ehtiyyatlı olmalıyıq. Yəni, dövlətin gördüyü işlərlə yanaşı hər bir vətəndaş da bu məsələdə fəal olmalıdır. Yoluxma sayının artmaması üçün tibbi maska istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir. Bir sözlə, hər kəs həm qaydalara riayət, həm də vaksinasiyada fəal iştirak edərək pandemiyanın aradan qalxmasına, öz töhfəsini verə bilər.
Öz növbəsində məsələyə münasibət bidlirən həkim-infeksionist Lalə Həmidova deyib ki, pandemiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi daha vacibdir.
Onun sözlərinə görə, müqəddəs Ramazan ayında hər kəsə məsləhət görülür ki, iftar zamanı evdə ailəsi ilə birlikdə qalsın: “Bildiyiniz kimi, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə vəziyyət o həddə çatıb ki, hər yerdə qapanma gedib. Əgər biz Azərbaycanda yenidən sərtləşdirilmiş karantin rejimini, xəstəliyin yenidən alovlanmasını istəmiriksə, məsuliyyətli olmalıyıq. Pandemiyaya qarşı mübarizədə də birlik və həmrəylik nümayiş etdirməliyik”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

