/ / TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Füzuli rayonuna səfər edib
TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti Füzuli rayonuna səfər edib
19.01.2021 [09:30]
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Qonaqlar Füzuli şəhərinin küçələri ilə gəzib, dağıdılmış məscidin, mədəniyyət evinin və “Araz” qəzetinin redaksiyasının binalarına baxıblar.
Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı “Korkutname” əsərinin təqdimatı olub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərə bölüşərək deyib: “Yenidən Füzuli şəhərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən buradakı abidələri bu vəziyyətdə görmək ürəyimi ağrıdır. Minilliklərin sınağından keçən, tarixin yadigarı olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Əslində, tariximizə, insanlığa yönəlmiş bir cinayətdir. Bu, məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Əminəm ki, dövlətimiz buranı, eyni zamanda, Şuşanı, Ağdamı, Zəngilanı, Kəlbəcəri, Qubadlı, Laçını və digər yerlərimizi bərpa edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da öz dəstəyini əsirgəməyəcək”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev isə deyib: “Füzuli həqiqətən də yerlə-yeksan edilib. Düşünürəm ki, qardaş Azərbaycan xalqı Füzulini bərpa edəcək və bu şəhər ən gözəl, abad şəhərlərdən biri olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

