Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
19.01.2021 [09:25]
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans keçirib.
Tədbirdən əvvəl “Qurani-Kərim”dən ayələr oxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, dövlətimiz şəhidlərə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. 20 Yanvar faciəsi barədə fikirlərini bölüşən komitə sədri qeyd edib ki, bugünkü gənclik o hadisələr barədə kitablardan, filmlərdən öyrənirlər. O dövrdə Azərbaycanda pərakəndəlik var idi. Bu faciəni törədən sovet hakimiyyətinin bir məqsədi var idi - xalqımızın azadlıq əzmini qırmaq. Ovaxtkı sovet rəhbərliyi ermənipərəst mövqeyi ilə seçilirdi. Lakin Azərbaycan xalqının əzmini qırmaq mümkün olmadı. Ulu Öndər Heydər Əliyevin hadisələrə sərt reaksiyası əhalidə böyük ruh yüksəkliyi yaratmışdı. Həmin hadisələr zamanı din xadimləri də böyük fədakarlıq göstərirdilər. Sovet hakimiyyəti təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də belə qırğınlar törətmişdi. Lakin Bakıdakı faciə onların arasında ən dəhşətlisi idi. 20 Yanvardan sonra Azərbaycandakı xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. 20 Yanvar ölkəmizin müstəqillik salnaməsidir və bizim üçün and yeri yaradıb. Bu, Şəhidlər xiyabanıdır. Bu and yerindən nümunə götürən xalqımız heç zaman Vətən uğrunda şəhadətdən qaçmır. 44 günlük Vətən müharibəsində də igid oğullarımız bu şəhidlik məktəbindən nümunə götürərək torpaqlarımızı erməni işğalından azad etdilər.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisidir. Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu.
Qeyd edilib ki, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdır. Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin. Qarabağ Zəfəri Uca Allahın lütfü ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsinin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və sarsılmaz xalq-dövlət birliyinin parlaq nəticəsidir.
Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq ümummilli mənafe kəsb edən məsələlərdə, dövlətimiz üçün taleyüklü məqamlarda malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman dəyərli şəkildə istifadə edib.
Bildirilib ki, erməni tərəfinin işğalda olan ərazilərimizdə dini-mənəvi irsimizə qarşı həyata keçirdiyi vandalizm aktlarının miqyas və mahiyyəti barədə məqamları dünya ictimaiyyətinin, dini mərkəzlərin diqqətinə çatdırmaq QMİ-nin son dövrdəki fəaliyyətində prioritet istiqamətlərdən biridir.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və QMİ-nin Qazılar Şurasının üzvləri çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə tarixi, Qanlı Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Bu qanlı hadisə Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biridir.
Tədbirdə ölkəmizdəki müxtəlif dini konfessiyaların rəhbərlərinin adından 20 Yanvar faciəsi ilə bağlı bəyanat oxunub.
Videokonfransda, həmçinin Qazılar Şurasının yeni tərkibi də təsdiqlənib.
Sonda Vətən müharibəsi dövründə xüsusi fədakarlıq göstərən din xadimləri təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

