“Gənclərimizin vətənpərvər ruhda yetişməsində azərbaycançılıq ideologiyasının rolu”
31.12.2020 [10:02]
“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə bu mövzuda onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi müsabiqə üzrə layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ları davam etdirir. Dekabrın 30-da növbəti “dəyirmi masa” “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə “Gənclərimizin vətənpərvər ruhda yetişməsində azərbaycançılıq ideologiyasının rolu” mövzusunda keçirilib.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı, layihə rəhbəri Pərviz Sadayoğlunun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri İman Ağayev, YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Saleh Ələsgərov və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Elvin Əlizadə iştirak ediblər.
“Dəyirmi masa”dakı çıxışlarda bildirilib ki, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizdə milli birliyin formalaşmasında əsas rol oynadı. Qeyd edilib ki, bu gün Azərbaycan dövlətinin hər bir vətəndaşı, o cümlədən gənclər öz dövlətinin inkişafı, milli vəhdətin və birliyin qorunub saxlanılması, daha da gücləndirilməsi üçün vahid amal - dövlətçilik amalı uğrunda mübarizə sərgiləyir. Vurğulanıb ki, Azərbaycan gəncləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək ümummilli problemimiz olan Dağlıq Qarabağın düşmən işğalından azad olunmasının təmin edilməsində əhəmiyyətli rol oynadı. Hələ iyul ayında Ali Baş Komandanımızın çağırışı ilə on minlərlə gəncimizin könüllü olaraq müharibəyə getmək üçün müraciət etdiyini deyən “dəyirmi masa” iştirakçıları bildiriblər ki, Vətən müharibəsində qazanılan uğur, qələbə hər bir azərbaycanlını qürurlandırdı. “Dəyirmi masa” da qeyd olunub ki, bu gün hər bir gənc Vətən uğrunda şəhid olan igidlərimizi özünə örnək hesab edir, dövlətimizin inkişafı üçün bütün gücünü, bacarığını səfərbər edir. Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

