İordaniya səfiri: Tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması yolverilməzdir
10.12.2020 [09:24]
Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehlə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında əməkdaşlığın tarixi köklərə malik olduğunu deyən DQİDK sədri Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya lideri Kral II Abdullahın səmimi qardaşlıq münasibətləri sayəsində bu əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. Bildirib ki, İordaniya Haşimilər Krallığı istər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlət kimi ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəfələrlə dəstəkləyib.
Qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandıran komitə sədri vurğulayıb ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Dövlət tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.
Görüş zamanı Azərbaycanın tarixi zəfəri barədə də danışan Mübariz Qurbanlı Prezident İlham Əliyevin diplomatik məharəti, məqsədyönlü siyasəti nəticəsində Ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızdakı tarixi dini abidələrimiz də talan və məhv edilib. Tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpasına daim həssas münasibət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq bu abidələrin bərpası üzrə layihəyə başlayıb.
Səfir Sami Abdullah Ğoşeh Ulu Öndər Heydər Əliyev və İordaniya lideri mərhum Kral Hüseynin xalqlarımız arasında dostluğun əsasını qoyduğunu və bu əlaqələrin hazırkı dövlət başçıları tərəfindən bu gün də uğurla davam etdirildiyini qeyd edib. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq Azərbaycandakı diplomatik korpusun rəhbərləri ilə birgə işğaldan azad olunmuş Füzuliyə səfəri zamanı ərazidə törədilən vandalizmindən dərin təəssüf hissi keçirdiyini və bütün infrastruktur, evlər, tarixi-mədəni abidələr, qəbiristanlıqların dağıdılmasının yolverilməz hal olduğunu bildirib.
Qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa DQİDK-nın ingilis və ərəb dillərində ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 11:03
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40

