Çilinin “İnfogate” xəbər saytı AZƏRTAC-a əməkdaşlıq təklifi ünvanlayıb
12.09.2020 [00:20]
Çilinin populyar “İnfogate” xəbər saytının (https://www.infogate.cl/) redaktoru tərəfindən AZƏRTAC-a əməkdaşlıq və xəbər mübadiləsi barədə təklif ünvanlanıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AZƏRTAC-a göndərilən məktubda qeyd olunur ki, “İnfogate”in bir çox ölkədə, o cümlədən Meksika, Argentina, ABŞ, Kolumbiya, Peru, Venesuela, Ekvador, Boliviya və İspaniyada da oxucuları var. Sayt, eyni zamanda, Rusiyanın “Sputnik”, İspaniyanın “EuropaPress” və Fransanın RFI agentlikləri ilə əməkdaşlıq edir. Onun materialları yerli telekanallar və saytlarda yayımlanır.
Məktubda AZƏRTAC-a istinadla xəbər paylaşılması, eyni zamanda, AZƏRTAC tərəfindən “İnfogate”in materiallarının yayılması təklif olunur və vurğulanır ki, bu əməkdaşlıq Cənubi Amerikada Azərbaycan və Qafqaz regionunun daha yaxından tanıdılması, regionun reallıqlarının işıqlandırılması baxımından əhəmiyyətli ola bilər.
Beş ildir Çilinin rəqəmsal mediasında yer alan və xəbər istehsalında fəal iştirak edən “İnfogate”in 11 mindən çox izləyicisi var. Onun xəbərlərinə Twitter sosial şəbəkəsində ayda orta hesabla 800 mindən çox baxış olur.
Qeyd edək ki, “İnfogate” Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra yazılar dərc edib. Bundan əlavə, sayt münaqişə barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhlil olunduğu məqalə yayıb, habelə AZƏRTAC-a istinadla xəbərlər paylaşıb. Digər analitik yazılarla da çıxış edən xəbər saytının YouTube kanalı üçün tanınmış siyasətçilərin və analitiklərin iştirakı ilə həftədə bir dəfə hazırladığı analitik proqramı Çilinin bir neçə telekanalında canlı yayımlanır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54

