Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Jurnalistlər üçün onlayn formatda ikinci təlim keçirilib

Jurnalistlər üçün onlayn formatda ikinci təlim keçirilib

11.09.2020 [16:47]

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda ikinci təlimlər keçirilib.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması” mövzusunda onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Ali Murat Kırık tərəfindən təqdim olunub.

Təlimdə rəqabətli xəbər istehsalının hazırlanmasından bəhs olunub, xəbərin oxunaqlığının artırılması üsulları nümayiş etdirilib, xəbər yazarkən və ya reportaj hazırlayarkən texnoloji vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat verilib. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30