Pandemiya dövründə Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti barədə müzakirələr aparılıb
09.09.2020 [09:04]
Sentyabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzinin (UADM) iştirakı ilə onlayn görüş keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı pandemiya dövründə UADM-lərin fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə edilib.
Komitənin sədri Bahar Muradova tədbiri açaraq iştirakçıları salamlayıb, pandemiya dövründə qurumun fəaliyyəti barədə qısa məlumat verib, mərkəzlərin işi ilə bağlı müzakirənin keçirilməsinin, ötən müddət ərzində görülən işlərin, əldə olunan nəticələrin təhlilinin aparılmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğulayıb. Komitə sədri mərkəzlərin fəaliyyətində ailələrlə işin keyfiyyətinin artırılması, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işin gücləndirilməsi və həyata keçirilən tədbirlərin nəticələrinin monitorinqinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin bu sahədə əldə olunan təcrübəni əsas gətirərək belə struktur bölmələrinin fəaliyyətinin müsbət nəticələr verdiyini və respublika üzrə bütün əhali qruplarını əhatə edə bilmək üçün gələcəkdə yeni mərkəzlərin yaradılmasının önəmini qeyd edib. B.Muradova pandemiya ilə əlaqədar mərkəzlərə daxil olan müraciətlərin sayının artdığını nəzərə alaraq onlayn regional qəbulların keçirilməsinin vacibliyini bildirib.
Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin rəhbəri Zöhrab Həsənov mərkəzlərin sosial işi təcrübədə həyata keçirən qurum kimi həssas təbəqədən olan əhali qruplarını əhatə etdiyini bildirib. Pandemiya dövründə maarifləndirmənin onlayn seminarlar şəklində davam etdirilməsi, həyata keçirilən sosial yardım kampaniyaları, daxil olan müraciətlərlə bağlı görülən işlər barədə məlumat verib, Dövlət proqramlarının icrası istiqamətində qarşıda duran vəzifələri və hədəfləri qeyd edib.
Sonra çıxış edən UADM-nin rəhbərləri Yaqut Qəhrəmanova (Ağdam), Sənəm Alxasova (Goranboy), Cövhərət İbrahimova (Zaqatala), Lətifə Əliyeva (İsmayıllı), Ruhəngiz Əliyeva (Sabirabad), Sitarə Əhmədova (Şüvəlan) və Aynur Əsədova (Hacıqabul) həyata keçirilən tədbirlər barədə məlumat verib, həssas təbəqədən olan ailələrlə işin təkmilləşdirilməsi, hər bir regiona xas problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirdilər.
Daha sonra çıxış edən sədr müavini Sədaqət Qəhrəmanova mərkəzlərin iş mexanizminin günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini bildirib, önləyici tədbirlərin keçirilməsi istiqamətində dövlət orqanları və Resurs mərkəzləri ilə birgə əməkdaşlığın müsbət nəticələr verdiyini diqqətə çatdırıb.
Sədr müavini Aynur Sofiyeva çıxışında həyata keçirilən tədbirlərin nəticələrinin təhlilinin aparılması məsələsinə toxunaraq sorğuların keçirilməsinin önəminə diqqət çəkib.
Komitə sədri Bahar Muradova qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün mövcud imkanları və səyləri birləşdirməyin vacibliyini vurğulayıb, bunun üçün, ilk növbədə, mərkəzlərin əməkdaşlarının peşəkarlıq bacarıqlarının yüksəldilməsi, müxtəlif əhali qrupları ilə təmasların intensivləşdirilməsi, yerli dövlət orqanları ilə əlaqələndirilmiş işin qurulması, həyata keçirilən fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş addımların atılmasına ehtiyac olduğunu qeyd edib.
Sonda Komitə tərəfindən həyata keçirilən Dövlət proqramlarından və 2020-ci ilin ikinci yarısına dair Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

