/ / Ölkəmizdə gənclərin inkişafı, milli dəyərlərə malik vətəndaş̧ kimi yetişmələri istiqamətində mühüm işlər görülür
Ölkəmizdə gənclərin inkişafı, milli dəyərlərə malik vətəndaş̧ kimi yetişmələri istiqamətində mühüm işlər görülür
29.08.2020 [00:56]
Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının iştirakçıları ilə onlayn görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev proqramın əsas məqsədinin gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, onlarda liderlik keyfiyyətlərini inkişaf etdirmək olduğunu deyib. O vurğulayıb ki, proqramın ən gənc iştirakçısı bu il orta məktəbi bitirib.
Vurğulanıb ki, belə görüşlər ən böyük əhəmiyyəti müxtəlif sahələrə məsul şəxslərlə gənclərin birbaşa ünsiyyətidir. Bu da onlarda daha geniş̧ məlumat bazasının yaranmasına və gələcək inkişafları istiqamətində mühüm biliklər əldə etmələrinə imkan yaradır.
Proqram iştirakçılarını salamlayan Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiyası, eyni zamanda, milli dəyərlərə malik vətəndaş̧ kimi tərbiyə almaları istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Komitə sədri gənclərə ölkəmizdəki nümunəvi tolerant və multikultural ənənələrə əsaslanan dövlət-din münasibətləri, mövcud dini durum, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyalar barədə geniş̧ məlumat verib.
Ölkəmizdə mövcud olan uğurlu dövlət-din münasibətlərinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri barədə gəncləri məlumatlandıran Komitə sədri bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib. Qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş̧ vüsət alıb. Ulu Öndər ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində xüsusi rol oynayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı qeyd edib ki, hazırda Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərilir.
Çıxışında cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin vacibliyini diqqətə çatdıran Komitə sədri Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində “Multikulturalizmə giriş̧” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıb.
Sonra proqram iştirakçılarının suallarını cavablandıran Mübariz Qurbanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54

