Birinci respublika virtual debat çempionatının açılışı olub
15.08.2020 [00:54]
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə I respublika virtual debat çempionatının açılış mərasimi keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatları Ramin Məmmədov, Vüqar İsgəndərov, Müşfiq Cəfərov və Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, gənclər təşkilatlarının nümayəndələri və 200-dən çox gənc iştirak edib.
Onlayn tədbirdə çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova təşkilatın fəaliyyəti, proqramları, eləcə də bu layihənin məqsədi və istiqamətləri barədə məlumat verib. O, 11 şəhər və 42 rayonu təmsil edən 450 gəncin bu layihədə iştirak üçün seçildiyini qeyd edib, yüksək fəallığa görə onlara təşəkkürünü bildirib.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev debatın gənclərin inkişafındakı rolundan, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə həyata keçirilən proqram və layihələrdən danışıb və əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov debat, natiqlik istiqamətində keçirilən tədbirlərə verilən dəstək, fond tərəfindən gənclərin inkişafı üçün həyata keçirilən layihələr barədə məlumat verib və layihə iştirakçılarına uğurlar arzulayıb.
Milli Məclisin deputatları pandemiya dövrünün çağırışlarına uyğun olaraq gənclərin iştirakı ilə keçirilən tədbirlərin önəmi, onların inkişafının təmin olunmasının vacibliyi və təşkilatın fəaliyyətinin gənclərin həyatında əhəmiyyətindən bəhs ediblər.
Layihənin məqsədi pandemiya şəraitində debat vasitəsilə gənclərin biliklərinin artırılmasına, araşdırma qabiliyyətlərini, natiqlik bacarıqlarını inkişaf etdirmək, onlarda komanda ruhu formalaşdırmaqdan ibarətdir.
Onlayn çempionatda peşəkar təlimçilərin iştirakı ilə debat və natiqlik təlimləri, ekspertlər ilə müzakirələri baş tutacaq. Yekunda isə respublikanın müxtəlif şəhər və rayonlarından olan gənclərdən ibarət komandaların iştirakı ilə debat turniri keçiriləcək.
Layihənin tərəfdaşları Milli Debat Proqramı və gənclər üçün müxtəlif faydalı imkanlar, xidmətlər, tədbir və layihələr barədə məlumatları özündə birləşdirən “GencApp” mobil tətbiqidir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55

