Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Nargis” Fondu 230 aztəminatlı ailəni bir aylıq ərzaq məhsulları ilə təmin edib

“Nargis” Fondu 230 aztəminatlı ailəni bir aylıq ərzaq məhsulları ilə təmin edib

28.04.2020 [16:29]

Ölkə ərazisində xüsusi karantin rejimi elan olunduğu ilk günlərdən “Nargis” Fondu tərəfindən yaşlılara dəstək aksiyası keçirilir.

Fond nümayəndələri AZƏRTAC-a bildirib ki, dəstək aksiyası davam etdiyi müddətdə COVID-19 yayılması ilə əlaqədar köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən Fonda çoxsaylı müraciətlər daxil olub. Bu səbəbdən “Nargis” Fondu aprelin 14-dən etibarən xeyriyyə kampaniyasını davam etdirir və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi kampaniyaya qoşulmağa çağırır.

Bu müddət ərzində “Nargis” Fondunun rəhbərliyi 5 744 manat və 5 000 avro, “Bank Respublika” 5 min manat, anonim xeyriyyəçilər tərəfindən isə 2790 manat ianə edilib. Beləliklə, xeyriyyə kampaniyası çərçivəsində toplanan məbləğ 22 639 manat təşkil edib. Toplanan vəsait hesabına 230 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin olunub. “Nargis” Fondu tərəfindən hazırlanan hər bir ərzaq qutusuna bu məhsullar - qaymaq, yüksək keyfiyyətli kərə yağı, bitki yağları, pendir, xama, təzə kəsilmiş ət, toyuq, kartof, soğan, mərci, qarabaşaq, düyü, un, makaron, spagetti, çay, müxtəlif çeşidlərdə peçenye, şəkər tozu, qənd, konfet daxildir.

Bundan əlavə bütün ailələr gigiyena məhsulları ilə təmin edilib. “Huggies” şirkəti azyaşlı uşaqları olan ailələri uşaq bezləri, “Laric Chemical” firması antibakterial vasitələrlə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi isə tibbi maskalarla hər bir ailəni təmin edib. “Nuush.az” şirkəti tərəfindən ərzaq məhsullarının qablaşdırılması və operativ şəkildə ünvanlara çatdırılması həyata keçirilib.

“Nargis” Fondu bütün Azərbaycan xalqına xoş Ramazan ayı və tezliklə virusa birgə qalib gəlməyi arzu edir!

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30