Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Vergi Xidməti koronavirusla bağlı sosial çarxlar hazırlayıb

Dövlət Vergi Xidməti koronavirusla bağlı sosial çarxlar hazırlayıb

19.03.2020 [14:27]

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə xidmətin Media və Kommunikasiya İdarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan necə qorunmalıyıq?” və “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?” başlıqlı sosial çarxlar hazırlayıb.

Bundan başqa, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!” və digər mövzularda məlumatlandırma xarakterli çarxlar da hazırlanır.

KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çarxları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur. Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edilə bilər:

“Koronavirusdan necə qorunmalıyıq?”

TV-lər və media üçün:

https://www.taxes.gov.az/video/COVID19_Qaydalara_Riayet.mp4

Mobil qurğular üçün:

https://www.taxes.gov.az/video/mobile/COVID19_Qaydalara_Riayet.mp4

“Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?

TV-lər və media üçün:

https://www.taxes.gov.az/video/COVID19_Ticaret_Merkezi.mp4

Mobil qurğular üçün:

https://www.taxes.gov.az/video/mobile/COVID19_Ticaret_Merkezi.mp4

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30