/ / Azərbaycan dövləti daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlığının qorunmasını diqqət mərkəzində saxlayır
Azərbaycan dövləti daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlığının qorunmasını diqqət mərkəzində saxlayır
19.03.2020 [09:17]
İtaliyada təhsil alan azərbaycanlı tələbələrin Vətənə təxliyə edilmələri bunun daha bir bariz nümunəsidir
Hazırda 160-dan çox ölkədə yayılmış yeni növ koronavirus - COVİD-19 infeksiyası ilə mübarizə məsələsi aktual müzakirə predmetinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində həm ümumi, həm də ölkələrin yerli spesifikasına uyğun müəyyən olunmuş qaydalara riayət edilməsi ilə yanaşı, məhdudlaşdırıcı tədbirlərin zəruriliyi diqqətə çatdırılır. Xüsusilə də bildirilir ki, şəxsi sanitar-gigiyenik normalara əməl edilməsindən əlavə, insanlar mümkün qədər evdən çıxmamalı, kütləvi tədbirlərə, gəzintilərə getməməli, ictimai nəqliyyatdan istifadə, alış-veriş edərkən daha etibarlı qorunmalıdırlar. Reallıq budur ki, müxtəlif ölkələrin nümunəsində bütövlükdə dünya miqyasında xüsusi məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. Avropa ölkələrinin timsalında da hava uçuşlarının dayandırılması, sərhədlərin bağlanması hallarının artması müşahidə olunur.
Azərbaycanda da koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və mübarizə xarakterli tədbirlər ardıcıl olaraq davam etdirilir. Eyni zamanda, müvafiq dövlət qurumları tərəfindən bütün lazımi işlər görülür, əhali arasında geniş maarifləndirmə işi aparılır. O da qeyd edilməlidir ki, ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, ÜST koronavirusla bağlı göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarlıq edir.
Heç şübhəsiz, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Bu səbəbdən həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməlidirlər.
Əlbəttə, Azərbaycan hökuməti daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlığının qorunmasını diqqət mərkəzində saxlayır. Yeri gəlmişkən, İtaliyada təhsil alan azərbaycanlı tələbələrin Vətənə təxliyə edilmələri bunun bariz nümunəsidir. Onlar çarter reyslərlə təxliyə olunmalarının təşkil edilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər. Qeyd edək ki, İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi də Azərbaycan hökuməti tərəfindən təşkil olunub.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

