Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / RİİB www.teklifimvar.az portalını yaradır

RİİB www.teklifimvar.az portalını yaradır

11.03.2020 [09:06]

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) www.teklifimvar.az portalı hazırlayır. Tezliklə istifadəyə veriləcək portala vətəndaşlar müxtəlif sosial-iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı təkliflərini göndərə biləcəklər.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, daxil olan təkliflər işçi qrup tərəfindən araşdırıldıqdan sonra daha vacib və məqsədəmüvafiq olanlar portalda yerləşdiriləcək. Qeyd edilən platforma üzərindən aidiyyəti qurumlara daxil olan təkliflərin reallaşdırılmasına dəstək göstərmək imkanı yaradılacaq. Görülən işlərin nəticələri barədə məlumat portalda yerləşdiriləcək.
Portalın yaradılmasında məqsəd vətəndaşları ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda, dövlət tərəfindən regionların inkişafı üzrə reallaşdırılan tədbirlərdə daha fəal iştiraka təşviq etməkdir.
Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30