Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir
25.02.2020 [14:07]
Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərə Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib
Dənizli şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbirlərə Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib. Mərasimdən öncə bu təhsil ocağının foyesində Xocalı soyqırımından bəhs edələn fotoşəkillər, o cümlədən Azərbaycanda nəşr edilən, Xocalı soyqırımı və erməni terroru haqqında həqiqətlərin əks olunduğu, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumatların əks olunduğu kitablar sərgilənib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra anım mərasimini giriş sözü ilə açan liseyin tarix müəllimi, uzun illər Xocalı soyqırımı haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırlması istiqamətində fəaliyyət göstərən Sedat Sərdaroğlu geniş məruzə ilə çıxış edib.
"Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir"- deyən S.Sərdaroğlu faciə haqqqında həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, məhz S.Sərdaroğlunun təşəbbüsü ilə bu təhsil ocağının şagirdlərindən ibarət "Xocalı çalışma qrupu" adlı dərnək yaradılıb. Əvvəllər dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı lisey səviyyəsində tədbirlər keçirsələr də, sonradan bu işlər daha geniş miqyasda davam etdirilib: "Mən harada işləmişəmsə, Türk dünyasının başına gətirilən facilər, o cümlədən Xocalı soyqırımı haqqında gələcək nəsillərin daha çox bilik əldə etməsinə çalışmışam. Biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək. Bu dərnəyi də məhz həmin məqsədlə yaratmışıq. Əvvəl lisey daxilində fəaliyyətlə kifayətlənirdik. Amma Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərimizdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanına məktub yazdıq və təklifimiz müsbət qarşılandı".
Elə abidənin eskizi də Sədat Sərdaroğlu, liseyin rəsm müəllimi Feriştah Selcen və şagirdlər tərəfindən hazırlanıb. Eyni zamanda, faciəyə həsr olunmuş fotosərgi, konfrans keçirilib və şagirdlər "25-ci ilində Xocalı soyqırımı" adlı xüsusi qəzet buraxıblar. Faciənin 25-ci ildönümünə bir həftə qalmış isə dərnək üzvləri Türkiyədə fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə soyqırımı haqqında məlumatın əks olunduğu elektron müraciət ünvanlayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!" kampaniyasına dəstək xarakteri daşıyan bu aksiya sonrakı illərdə də davam etdirilib: "Hazırda da "Facebook" və "Tvitterdə" "Xocalı çalışma qrupu" adlı səhifələrimiz var. Fəaliyyətimiz davam edir. Həmin vaxt F.Selcenin çəkdiyi, Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri isə hazırda liseyin birinci mərtəbəsinin foyesində yerləşdirilib".
Sonra çıxış edən tanınmış yazar Hasan Kallimçi Türk dünyasının zaman-zaman bu cür faciələrlə baş-başa qaldığını, xüsusilə gənc nəslin bu faciələr barədə məlumatlı olmaları üçün təbliğat işinin davam etdirilməsinin vacib olduğunu bildirib.
1956-cı ildə İğdırda anadan olan, hazırda isə Dənizlidə yaşayan əslən azərbaycanlı İslam Günəş bu cür tədbirlırin keçirilməsinin, atılan digər addımların "Bir millət iki dövlət olan" Azərbaycanla Türkiyə arasındakı əlaqələri daha da möhkəmləndirdiyini deyib.
Anım mərasimində çıxış edən hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı öncə bu cür tədbirlərin keçirilməsinə, həmçinin Xocalı faciəsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıldığına görə Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan başda olmaqla bütün Dənizli ictimaiyyətinə minnətdarlıq edib.
Sonra faciə haqqında ətraflı məlumat verən S.İsmayıllı deyib ki, Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım və tanıtım tədbirləri keçirilir. Bildirilib ki, Bu faciə dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı tərəfindən soyqırımı kimi tanınır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23

