Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır

Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə dair sənədli film və fotosərgi hazırlanır

19.02.2020 [09:40]

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sifarişi və təşkilati dəstəyi ilə Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır.
AZƏRTAC xəbər verir ki, layihənin icrasını Bakı Media Mərkəzi həyata keçirir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar RİİB ölkədə könüllülük hərəkatının genişləndirilməsi, könüllülərin fərdi inkişafı və faydalı məşğulluğunun təmin edilməsi, gənclərdə sosial məsuliyyət, vətənpərvərlik, dövlətçilik, humanizm dəyərlərinin möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər və sosial layihələr reallaşdırır.
Sənədli film və fotosərgidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət-özəl, sektor-vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə başlanan könüllülük hərəkatının Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı uğurlu gənclər siyasəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyması, gənclərin kreativlik, təşəbbüskarlıq, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə könüllülük fəaliyyətinə yeni nəfəs verməsi əksini tapacaq. Eləcə də gənclərin ölkəmizin ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” və digər irimiqyaslı tədbirlərdə, müxtəlif dövlət qurumlarında könüllü kimi fəaliyyətindən geniş bəhs olunacaq.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30