Səbail rayonu 2009-cu ili yüksək nəticələrlə başa vurub
10.02.2010 [09:52]
Səbail rayonu Bakı şəhərinin Xəzər dənizi sahili boyunca yerləşən mərkəzi rayonudur. Rayonun ərazisi 29 kvadrat kilometr, əhalisinin sayı 98042 nəfərdir. Əhalinin 51,5 faizini kişilər, 48,5 faizini qadınlar təşkil edir. Rayonda 2 ərazi nümayəndəliyi və 3 bələdiyyə fəaliyyət göstərir. Səbail rayonu ərazisində 8808 nəfər məcburi köçkün məskunlaşıb. Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşıb. Rayon əvvəlcə “Bibiheybət”, 1931-ci ildən “Stalin”, 1960-cı ildən isə “26 Bakı Komissarları” adını daşıyıb, 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarına əsasən, Səbail rayonu adlandırılıb. Qədim əsrlərin yadigarı olan “Qız qalası” Səbail rayonunun rəmzidir. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları - Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, o cümlədən, əsas güc nazirlikləri və Dövlət Komitələri məhz Səbail rayonunun ərazisində yerləşir. Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan “Şəhidlər Xiyabanı” və “Fəxri Xiyaban”, Heydər Əliyev Fondu, YUNESCO-nun “Dünya İrs siyahısı”na salınmış İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, unikal mədəniyyət incisi olan Muğam Mərkəzi və “üns” yaradıcılıq mərkəzi, habelə, bir sıra istirahət və gəzinti obyektləri, o cümlədən, “Fəvvarələr Meydanı”, Nizami küçəsi və küçənin əhali arasında “Torqovaya” adlandırılan hissəsi, Dənizkənarı Bulvar rayonunun ərazisindədir. Eyni zamanda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 18 orta təhsil müəssisəsi, 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 22 səhiyyə müəssisəsi məhz bu rayonda yerləşir. Şəhərimizin və eləcə də, respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən, 12 teatr, 2 kinoteatr, 6 kitabxana, 15 muzey, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə heykəl və büstlər ucaldılmış 10 istirahət parkı və bağı var.
Uğurlu il, yüksək nəticələr...
2009-cu ilin yekunlarına görə, rayonun sənaye müəssisələri üzrə 370,3 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib, istehlakçılara 368,3 milyon manatlıq məhsul göndərilib və ya xidmətlər göstərilib, sənaye müəssisələrində orta hesabla hər bir işçiyə düşən orta aylıq əməkhaqqı 725,7 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz çox olub.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 372,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox nəqliyyat xidməti göstərilib.
Keçən il ərzində rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 719,4 milyon manatlıq və ya 2008-ci ilin müvafiq dövrünə nisbətən 4,3 faiz çox nəqliyyat xidmətləri göstərilib. 2009-cu il ərzində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 719,4 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Nəqliyyat və rabitə müəssisələrində çalışan işçilərə hesablanmış orta aylıq əməkhaqqı 666,3 manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz çoxdur.
2009-cu il ərzində şəhərin tikinti komplekslərində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 1661,3 milyon manat məbləğində investisiyadan istifadə edilib, tikinti müəssisələrində orta hesabla bir işçiyə düşən orta aylıq əməkhaqqı 974,5 manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 511,3 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,2 faiz artaraq 260,8 milyon manata, pullu xidmətlərin həcmi isə 5,3 faiz artaraq 250,5 milyon manata çatıb. Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əməkhaqqısı 2008-ci ilin yekunları ilə müqayisədə 1,2 faiz çoxalaraq 651,9 manata çatıb. Sənaye sahələrində çalışanların əməkhaqqıları 2009-cu ildə 5 faiz artaraq 725,7 manat, tikinti komplekslərində isə 9,2 faiz artaraq 974,5 manat təşkil edib.
2009-cu il ərzində Səbail rayonunda bütün maliyyə mənbələri hesabına 113,3 milyon manat əsas fondlar istifadəyə verilib. İstifadəyə verilən fondların 98,2 faizini istehsal təyinatlı obyektlər təşkil edir. 2009-cu ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına Səbail rayonunda 5961 kv.metr fərdi yaşayış evləri istifadəyə verilib.
2009-cu il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1661,3 milyon manat olub ki, onun da 1462,2 milyon manatı və ya 63,8 faizi istehsal təyinatlı obyektlərə sərf edilib, tikinti-quraşdırma işlərinə yönəldilən investisiyaların həcmi 467,2 milyon manat olub.
2009-cu ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 85462 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 651.9 manat olub ki, bu da əvvəlki illə müqayisədə 8 manat və ya 1,2 faiz çoxdur.
2009-cu il ərzində rayonda 2214 daimi iş yeri açılıb. ümumiyyətlə, 2003-cü ilin noyabrından 2010-cu ilin yanvar ayının 1-dək 31.576 iş yeri açılıb ki, bunlardan 30.920 iş yeri daimidir. Beş il ərzində Bakı şəhərində açılmış daimi iş yerlərinin 18,3 faizi Səbail rayonunun payına düşür. Bakı şəhəri üzrə Səbail rayonu birincilər sırasındadır.
2010-cu ilin yanvar ayının əvvəlinə Səbail rayonu üzrə daimi əhalinin sayı 91130 (bundan əlavə, rayonda 8718 nəfər məcburi köçkün məskunlaşıb) nəfər olub.
ötən ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetində artıq 4-cü dəfə keçirilən və ənənə halını alan, 80-dən çox şirkət, holdinq və bankın iştirakı ilə təşkil edilən “Məzun yarmarkası-2009”-da respublikamızın 24, həmçinin, Rusiya, Gürcüstan və Türkiyənin bir sıra ali məktəblərinin 3000-dən çox məzunu iştirak edib, onların 700-dən çoxu yüksək maaşlı işlə təmin olunub, 500-dən çox məzunun sənədləri müxtəlif təşkilatlar tərəfindən ehtiyat məlumat bankına daxil edilib.
Hesabat ilində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 389 ailə müraciət edib və müraciət edənlərin 99 faizinə sosial yardım verilib. Hər bir ailəyə orta hesabla 96 manat, hər bir ailə üzvünə isə 23,23 manat sosial yardım təyin edilib.
Hazırda Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən müxtəlif kateqoriyalardan olan 1079 nəfər sosial müavinət alır. Mərkəzin Sosial Xidmət şöbəsində 374 tənha, əlil qeydiyyatdadır ki, onlara evlərində 31 nəfər sosial işçi məişət xidməti göstərir.
Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsində qeydiyyatda olan pensiyaçıların sayı 13932 nəfər, o cümlədən, yaşa görə 10013 nəfər, əlilliyə görə 2524 nəfər, ailə başçısını itirdiyinə görə 900 nəfər, pensiyada olan dövlət qulluqçularının sayı 495 nəfər təşkil edir. 2009-cu il ərzində pensiyaçılara 22.911.372,22 manat ödənilib.
Səbail rayon enerji təchizatı və satışı idarəsi tərəfindən 2009-cu ildə Səbail rayonu üzrə illik 465 min kvts elektrik enerjisi istehlak edilib. Bu 2008-ci ilə nisbətən 19,4 min kvts azdır. Buna şəbəkədə aparılan yeni kabelləşmə və sayğaclaşmanın tam həcmdə həyata keçirilməsi, enerji itkilərinin azaldılması sayəsində nail olunub. Hesabat ilində 6351 abonentə elektrik sayğacı quraşdırılıb.
Səbail rayon qaz istismar sahəsi tərəfindən təbii qaz təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsində 1100 p/m, Nasos küçəsində 350 p/m, Bibiheybət qəsəbəsində 350 p/m, “Sahil bağı”nda 220 p/m uzunluğunda yeni qaz xətləri çəkilib, Əhəd Yaqubov küçəsində 400 p/m, “Şəhidlər Xiyabanı” ərazisində 200 p/m korroziyaya uğramış yeraltı qaz xətləri yeniləri ilə əvəz olunub, ümumilikdə isə, keçən il rayonun müxtəlif yerlərində 5637 p/m uzunluğunda yeni qaz xətləri çəkilib və korroziyaya uğramış yeraltı kəmərlər yerüstü xətlərlə əvəz olunub.
Tikinti-quruculuq işləri sürətlə davam etdirilir...
2009-cu il ərzində Səbail rayonu ərazisində böyük quruculuq və abadlıq işləri həyata keçirilib. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Dövlət Gənc Tamaşaçılar Teatrının binasında, Azərbaycan Bəstəkarlar İttifaqının binasında, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksində, Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin binası qarşısındakı yeraltı piyada keçidində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, Mərkəzi Klinik xəstəxananın ambulatoriyası, Milli Məclisin yeni korpusu, Azərbaycan Respublikası Hesablama Palatasının yeni binası istifadəyə verilib, “Dalğa Plaza” İş Mərkəzi və Urologiya xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. 2009-cu ildə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra paytaxtımızın sakinlərinin və eləcə də, şəhərimizin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan “Sahil bağı” və “Filarmoniya bağı” istifadəyə verilib. Sentyabr ayında “Qərb” Universitetinin Biznes məktəbinin yeni korpusu istifadəyə verilib. Göstərilən obyektlərin bir çoxunun açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı Səbail rayonuna olan diqqət və qayğının bir nümunəsidir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”nda Səbail rayonunda və ilk növbədə, Bibiheybət buxtasında neftlə çirklənən, əhali üçün təhlükə mənbəyinə çevrilən torpaqların birinci növbədə təmizlənməsi, buxtanın tam yenidən qurulması, dənizkənarı zonadakı sənaye müəssisələri və hərbi obyektlərin köçürülməsi, Bakı bulvarının genişləndirilməsi və bu ərazilərin gözəl bir istirahət zonasına çevrilməsi ilə bağlı işlər davam etdirilib. 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ekoloji problemlərin həllinə olan diqqəti daha da artırıb, keçən ilin noyabr ayından bəri hər həftə keçirilən iməciliklərdə minlərlə insan iştirak edib və artıq rayonda 25 minə yaxın ağac əkilib, əvvəl əkilmiş minlərlə ağaca qulluq göstərilib.
Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən “Abad həyət” layihəsi hazırlanıb və rayonun əhalisinin sayı günbəgün artan və sürətlə inkişaf edən Badamdar qəsəbəsində iyul ayından etibarən onun icrasına başlanıb. Qəsəbədəki Tofiq Məmmədov küçəsi 9, 22, 21/7, İqor Ağayev küçəsi 5 ünvanlarındakı həyətlərdə əsaslı təmir-abadlıq işləri aparılıb, süni yaşıl örtüklü mini futbol meydançaları, söhbətgahlar, skamyalar, kiçik yaşlı uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, həyətlər asfaltlaşdırılıb, divarlar suvanaraq rənglənib, binaların blok qapıları yeniləri ilə əvəz olunub. Həyətdəki ağaclar budanıb, yeni yaşıl örtük salınıb, həyətlərdə zibil meydançası tikilərək bura yeni konteynerlər qoyulub, avtomobillərin saxlanması üçün yerə beton örtük çəkilib.
Dekabr ayında həyata keçirilən işlər çərçivəsində rayonun 20-ci yaşayış sahəsindəki yol ötürücü dairə və “Veteran neftçilər bağı”nda əsaslı təmir-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Dairə xüsusi layihə əsasında yenidən qurulub, qranit və mərmərdən üzlənib, mərkəzdə yeni yaşıllıqlar salınıb. Dairənin ətrafındakı mağazaların fasadı təmir olunub, müasir formada yeni üzlük çəkilib. Ərazidə yaşayan veteranların sevimli istirahət yeri olan bağda yerə daş düzülüb, gözəl fontan qurulub, istirahət üçün skamyalar quraşdırılıb, parkda yaşıllıq zolağı salınıb, səki daşları düzülüb və səkilərə asfalt salınıb. Eyni zamanda, parkda yerləşən “Veteran neftçilər klubu”nda da təmir işləri aparılıb, klub lazımi avadanlıqlarla təmin olunub. Parkın və dairənin yeni işıqlandırma sistemi quraşdırılıb.
Yeni Azərbaycan Partiyasının yaranış günü - noyabr ayının 21-də xüsusi layihə əsasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üçün 3 mərtəbəli yeni binanın təməli qoyulub, həmçinin, Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinə və Badamdar qəsəbə Mədəniyyət evinin əsaslı təmirinə başlanıb. Keçən il tikintisinə başlanan Səbail rayon Polis İdarəsinin yeni binasında hazırda tamamlama işləri aparılır.
2009-cu il ərzində Badamdar qəsəbəsində Heydər Əliyev adına istirahət parkında cari təmir işləri aparılıb, 3-cü yaşayış massivində, Salyan yolu ilə Tofiq Məmmədov küçəsini birləşdirən 3 km uzunluğunda yeni yol çəkilib və bura 21000 m2 asfalt salınıb. Bağlar, Nurəddin Paşayev küçələrinə və abadlaşdırılan həyətlərə 5500 m2 yeni asfalt örtüyü salınıb.
Qəsəbədə nümayəndəlik və ikili təyinatlı MİS-lər tərəfindən 25 ədəd yeni zibil meydançası tikilib, əlavə 96 ədəd zibil qutusu qoyulub, qalanları təmir olunaraq rənglənib. Zibil meydançalarına asfalt örtüyü çəkilib. Göyüş Qarayev küçəsində uzun müddət qəzalı vəziyyətdə olan kanalizasiya xətti dəyişdirilərək yenidən çəkilib və yeni kanalizasiya quyuları tikilib.
ötən ildə Bibiheybət qəsəbəsinin ərazisində, Salyan yolu 32 ünvanda, qəsəbə qəbiristanlığına çıxış yolunda və Salyan yolundan Badamdar qəsəbəsi istiqamətindəki yola ümumilikdə 15000 m2 asfalt örtüyü salınıb, Salyan 32 ünvanda yeni zibil meydançası tikilərək yeni konteynerlər qoyulub, həmin ünvanda sakinlərin xahişi nəzərə alınaraq, MİS-in iş qrafikində xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə dəyişikliklər edilib.
Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi və Dövlət Bayrağı Meydanındakı inşaat işləri davam etdirilir, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının inşası, Dənizkənarı Milli Bulvarda abadlıq və yenidənqurma işləri, burada möhtəşəm “Biznes mərkəzi”nin tikintisi, “Yaxt-klub”da yenidənqurma işləri, mərkəzdə “Respublika” mehmanxanasında əsaslı təmir və yenidənqurma işləri, Mehdi Hüseyn küçəsində “Alov qüllələri” kompleksinin tikintsi, “Xaqani” bağında əsaslı təmir, “Fəvvarələr Meydanı”nda yenidənqurma və Nizami küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işləri və Bakıdan cənub-qərb istiqamətində çıxışda - Bibiheybət qəsəbəsindən şəhərin mərkəzi istiqamətində uzanan yeni magistral yolun çəkilişi, Neftçilər prospektində Heydər Əliyev Fondu ilə üzbəüz “Four Seasons”, Hökumət Evinin yaxınlığında müasir “Hilton” mehmanxanalarının inşası davam etdirilir. Şəhərimizin qocaman təhsil müəssisələrindən olan 132 saylı orta məktəbin və Beynəlxalq Təhsil Kompleksinin (134 saylı məktəb) binalarında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb və bu ilin axırına kimi işlərin sona çatdırılması nəzərdə tutulub.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
