Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Azərsun Holdinq" Gənclər Gününə həsr olunmuş sosial aksiyaya qoşulub

"Azərsun Holdinq" Gənclər Gününə həsr olunmuş sosial aksiyaya qoşulub

01.02.2020 [15:26]

"Azərsun Holdinq" şirkətlər qrupu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına qoşulub. 2 Fevral – Gənclər Gününə qədər davam edəcək aksiya çərçivəsində "Azərsun Holdinq"ə daxil olan müəssisələrin əməkdaşları əsgər salamı verərək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliklərini nümayiş etdiriblər. Belə ki, çəkilən fotolar #esgeresalam #dovletqacqinkom həştəqləri sosial şəbəkələrdə paylaşılır və cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir.
Qeyd edək ki, "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında müstəsna rol oynayan "Azərsun Holdinq" bu sahədə ölkə gənclərini də daim diqqətdə saxlayır. Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən şirkətlər qrupu Azərbaycanın müxtəlif ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir, gənclər "Azərsun Holdinq"də təcrübə proqramlarına qoşulur, daha sonra isə işlə təmin edilirlər. Bunun bariz nümunəsi kimi, şirkətlər qrupunda çalışanların əsas gənclərdən ibarət olduğunu göstərmək olar. Belə ki, "Azərsun Holdinq"də çalışan 17-35 yaş aralığında olan işçilər 63,29% təşkil edir. Şirkət əməkdaşlarının 47,80%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər qrupunda çalışan əməkdaşların yarısından çoxu gənclərdir.
Xatırladaq ki, təhsilə və gənclərə yardım etmək "Azərsun Holdinq"in fəaliyyətinin prioritet sahəsidir və gənclərin işlə təmin olunması istiqamətində mühüm addımlar atmağa davam edəcək.

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30