Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib
10.01.2020 [09:48]
Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara başlanıldığını söyləyib. Qeyd edilib ki, islahatların başlıca strateji hədəfi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir.
Akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-nın 2019-cu il dekabrın 28-də keçirilən ümumi yığıncağında “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın təsdiq olunması, akademiyanın Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir. Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini bildirən akademik Ramiz Mehdiyev qeyd edib ki, bu gün Rəyasət Heyətinin gündəliyinə çıxarılan əsas məsələlər AMEA-nın ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından irəli gəlir.
AMEA-nın prezidenti akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşmasında, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını bildirib.
Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov “AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü” ilə bağlı çıxış edib. Bildirib ki, AMEA-nın ümumi yığıncağında Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxıb.
Əminağa Sadıqov AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü layihəsi ilə iştirakçıları tanış edib. Layihə müzakirə olunduqdan sonra AMEA Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.
Daha sonra Ə.Sadıqov “AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında” qərar layihəsini Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıb. Vurğulayıb ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamı ilə komissiya yaradılıb. Hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilib. Təkliflər əsasında AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb. Əminağa Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunub.
AMEA-nın akademik-katibi, həmçinin gündəlikdəki növbəti məsələ, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin yeni tərkibi haqqında məlumat verib. Nəzərə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 2019-cu il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiq edilib. Keçən müddət ərzində AMEA Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin olunmasını nəzərə alaraq, redaksiya heyətinin tərkibinin də yenilənməsinə ehtiyac yaranıb. Yeni tərkib müzakirə olunduqdan sonra qəbul edilib.
İclasda görkəmli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Abdulla Qarayevin 110 illik yubileyinin qeyd edilməsi və yubileylə əlaqədar tədbirlər planının hazırlanması haqqında qərar qəbul edilib. Həmçinin akademik Abel Məhərrəmovun 70 illik və AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illik yubileyləri münasibətilə onlara AMEA-nın fəxri fərmanının verilməsi qərara alınıb. AMEA-nın bir sıra əməkdaşlarının elmi təcrübə keçmək və təhsil almaq məqsədilə xarici elmi mərkəzlərə və universitetlərə göndərilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.
Digər qərarla fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Həmçinin Bayram Babayev akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

