Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölgələrdə nümayəndəlikləri yaradılır
30.12.2019 [09:31]
Nümayəndəliklər vasitəsilə region gəncləri dövlət tərəfindən yaradılan imkanlar haqda məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlarda iştirak etmək imkanı əldə edəcəklər
Azərbaycanın dinamik inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır.
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır. Eyni zamanda, dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə gənclərin sosial məsələlərinin həllindən başlamış onların cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb.
Yeri gəlmişkən, qeyd edək ki, bu sahədə atılan daha bir addım Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasıdır. Xatırladaq ki, bu il fevralın 2-də açılışı edilən mərkəzin əsas fəaliyyət istiqamətləri gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə kompüter və dil kursları, dövlət qulluğuna qəbul, abituriyent hazırlığı, eyni zamanda, magistratura kursları təşkil etməkdən ibarətdir. Həmçinin peşə təlimləri, sosial müdafiəyə ehtiyacı olan gənclərə ödənişlərdə güzəştlərin edilməsi də mərkəzin planlarına daxildir. Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər təşkilatları, qrant müsabiqələrində qalib gələn fiziki şəxslər və təşkilatlarla da birgə işləyir.
Artıq mərkəzin əhatə dairəsi genişlənməkdədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən bölgələrdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Sərəncamla bu məqsəd üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4 milyon manat ayrılıb. Nümayəndəliklər şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yaradılır. Artıq Cəlilabad, Masallı, Quba, Qusar, Qax, Zaqatala, Ağcabədi, Bərdə, Xaçmaz və Yevlaxda belə nümayəndəliklər açılıb. 20 dekabrda Goranboy rayonunda, 22 dekabrda isə Lənkəranda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb.
Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar haqda məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və həmin proqramlarda iştirak etmək imkanı əldə edəcəklər.
Bütövlükdə, Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirir. Bu baxımdan, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında vacib məsələlər əksini tapıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin də məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Bütün bunlarla yanaşı, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması istiqamətində vacib tədbirlər həyata keçirilir.Bu isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin məqsədlərinə cavab verir. Çünki sağlam, milli vətənpərvərlik ruhunda yetişən gənclik Azərbaycanın uğurlu gələcəyidir. Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Azərbaycan dövləti də hazırda həyata keçirilən məqsədyönlü tədbirlər vasitəsilə bu gələcəyin təməllərinin möhkəm olmasını təmin edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20

