Nərimanov rayonunda Dövlət Proqramından irəli gələn işlər yüksək səviyyədə həyata keçirilir
07.01.2010 [01:09]
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. ötən 5 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb, daimi yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Əlbəttə ki, Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasəti nəticəsində bölgələrlə yanaşı, Bakının rayonları, qəsəbələri və kəndləri də öz inkişafının yeni mərhələsinə yüksəlib. Belə rayonlardan biri də Nərimanov rayonudur.
inkişafın Nərimanov rayonu nümunəsi...
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun zənginləşdirilməsi milli iqtisadiyyatımızın regional və qlobal sınaqlara dayanıqlığını artırıb, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin edib. Dünya iqtisadi böhranı əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsilə, o cümlədən, ümumi daxili məhsulun azalması, işsizliyin kütləvi xarakter alması kimi problemlərlə müşahidə olunduğu halda, ölkəmizdə əhəmiyyətli strateji valyuta ehtiyatlarının yaradılması, xarici maliyyə bazarlarından asılılığın minimuma endirilməsi və manatın sabitliyinin təmin edilməsi sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməyib...
Qeyd edək ki, ölkə üzrə əldə edilmiş nailiyyətlər və uğurlar Nərimanov rayonunun timsalında da aydın görünür.
Sənaye: Bakı şəhərinin aparıcı rayonlarından sayılan Nərimanov rayonunun da bu davamlı inkişaf prosesində öz rolu olub. 2009-ci ilin 9 ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib, bu müddət ərzində xidmətlər də daxil olmaqla 104,5 milyon manatlıq məhsul istehsal olunub və əvvəlki dövrə nisbətən artım sürəti 80,8 faiz təşkil edib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil edib. Sənaye müəssisələrində işləyənlərin sayı 7427 nəfər və onların orta nominal əməkhaqları 10,4 faiz artaraq 275,1 manat təşkil edib.
ümumilikdə isə, yeni iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilib, 2009-cu ilin 9 ayı ərzində 1973 daimi iş yerləri yaradılıb. Bəhs edilən dövr ərzində əsas kapitala ümumi investisiya qoyuluşu 69,6 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,9 faiz çoxdur.
Rayonun tikinti sektorunda da yüksək göstəricilər əldə edilib. Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işin həcmi 273,7 milyon manat təşkil edib. Tikinti təşkilatlarında çalışan işçilərin sayı 496 nəfər artaraq 9491 nəfər təşkil edib, onların orta əməkhaqları 416,2 manat olmaqla, əvvəlki dövrə nisbətən 19,6 faiz artıb.
İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artıb. Belə ki, bu müddət ərzində 109,1 mln. manatlıq pullu xidmətlər göstərilib və artım sürəti 113,9 faiz təşkil edib.
Rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 489,5 milyon manat olub. Eyni zamanda ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi 11,1 milyon manat və artım sürəti 142,0 faiz təşkil edib.
Abadlıq və quruculuq: Rayonun abadlaşdırılması və mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2009-cu ilin 9 ayı ərzində bir çox işlər görülüb. Sevindirici haldır ki, son 9 ay ərzində rayonda çox mühüm iri sosial və digər infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin general-leytenant A.Heydərov adına hospitalının yeni binası, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində inşası başa çatmış yol ötürücüsü, Heydər Əliyev prospektində körpü-tuneli və yeraltı piyada keçidləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Psixonevroloji Uşaq Evinin yeni binası, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin binası tikilib istifadəyə verilib.
Qeyd edək ki, ölkə başçısının tapşırıq və göstərişləri əsasında Nərimanov rayonunda dövlət əhəmiyyətli böyük layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi ilə bağlı Xan Şuşinski küçəsində kommunal şəraiti olmayan, darısqal evlərdə yaşayan 194 ailə Aşıq Molla Cümə küçəsində yeni inşa olunmuş kommunal şəraitli, tam təmirli geniş mənzillərə köçürülüb. Bu işlər, eyni zamanda, “Xutor” yaşayış sahəsi deyilən ərazidə də həyata keçirilir.
Məlum olduğu kimi, Nərimanov rayonunda Cənubi Qafqazda analoqu olmayan, Heydər Əliyev Mərkəzi inşa olunur.
“Azərbaycan Respublikasının regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, hazırlanmış “Nərimanov rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi” proqramın icrası ilə bağlı 8 ünvanda abadlıq işləri aparılıb. Bu işlər çərçivəsində 8 söhbətgah, 25 ədəd oturacaq quraşdılıb. Abadlıq işlərinin gedişi zamanı O.Kərimov küçəsi 42, Ə.Qayıbov küçəsində, M.K.Atatürk prospekti 23/25, 39, 17, 19, 21, Z.Bünyadov prospekti 64/68, Heydər Əliyev prospekti 105, E.İsaqzadə adına yaşayış sahəsi 1, 9, O.Kərimov küçəsində, Y.V.çəmənzəminli küçəsində və 7-ci Köndələn küçəsində ara yollara 17626 kv.m. asfalt örtüyü çəkilib. Eyni zamanda, rayonun yaşıllaşdırılması istiqamətində təkcə ötən ilin yaz mövsümündə 7100 ədəd, o cümlədən, magistral yolların kənarında 3100 ədəd julerkus, buksus, kaktus, arentaus, kiparis və leylandra növlü ağaclar əkilib. Həmçinin, ötən ilin sonunadək 14 000 ədəd, o cümlədən, magistral yolların kənarında 34 00 ədəd ağac əkilib.
Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 24.01.2004-cü il tarixli, 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazilərdə də bir sıra işlər görülüb. Z.Bünyadov prospekti 2096-cı məhəllədə, K.Rəhimov küçəsi 824/835-ci məhəllədə məskunlaşmış məcburi köçkünləri fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformatorlar əsaslı təmir edilərək istifadəyə verilib. Bakı Dövlət Cıdır Meydanı ərazisində məskunlaşmış məcburi köçkünlər üçün yeni su xətti çəkilərək istifadəyə verilib. Ə.Qayıbov 24 ünvanda məskunlaşmış məcburi köçkünlərin yaşadıqları ərazi abadlaşdırılıb. N.Nərimanov küçəsi 7a-da yerləşən yataqxana əsaslı təmir edilərək məcburi köçkünlərin istifadəsinə verilib. Bu müddət ərzində 980 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilib.
Sosial müdafiə: Əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində ölkə Prezidentinin Fərman, Sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilib. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin ödənilməsində əldə edilmiş dinamik inkişaf davam etdirilib. Belə ki, 2009-ci ilin 9 ayı ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 352 nəfər fiziki şəxs uçota alınıb.
2009-cu ilin 9 ayı ərzində 23208 nəfər pensiyaçıya 25 milyon 44 min manat pensiya ödənilib. Yeni plastik kartların hazırlanıb pensiyaçılara verilməsi həyata keçirilib.
2009-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzinə 357 nəfər qadın olmaqla 858 nəfər işaxtaran vətəndaş müraciət edib ki, onlardan da 494 nəfəri müxtəlif iş yerləri ilə təmin olunub. Bu dövr ərzində 74 nəfər işsiz və işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb edilib, 143 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək, işsizlik müavinəti təyin edilib, onlardan 11 nəfərinə təkrar müavinət təyin olunub.
Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ötən ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi sahəsində bir sıra işlər görüb. ünvanlı Dövlət Sosial Yardımı Proqramının həyata keçirilməsi ilə əlaqədar 2801 ailəyə və ya 12610 ailə üzvünə orta hesabla hər ailəyə 114 manat olmaqla hər ay 319 min 384 manat məbləğində ünvanlı sosial yardım ödənilib. Yarım il ərzində 1890 ailəyə ünvanlı Dövlət Sosial Yardımı təyin edilib. Rayonda, həmçinin, 13 nəfər Milli Qəhrəman ailəsi hər ay 600,0 manat, 17 nəfər 20 yanvar şəhid ailəsi hər ay 300 manat, 242 nəfər şəhid ailəsi hər ay orta hesabla 87 manat məbləğində Prezident təqaüdü ilə təmin olunub. Bundan əlavə, mərkəz 55 şəhid ailəsinə, 174 Qarabağ əlili ailəsinə, 28 çernobıl əlili ailəsinə, 9 müddətli hərbi xidmətdə olanların ailələrinə, ünvanlı Sosial Yardım alan 293 nəfər aztəminatlı ailənin 16 yaşına çatmamış uşaqlarına sosial müavinət ödəyir.
Eyni zamanda, mərkəz tərəfindən 2510 nəfərə sosial müavinət, 1275 nəfər müharibə veteranı və şəhid ailəsinə kommunal xidmətə görə aylıq müavinətlər ödənilir. Mərkəzdə 337 nəfər tək ahıl vətəndaş qeydiyyata alınıb. Onlara evlərdə 37 nəfər sosial xidmət işçisi xidmət göstərirlər.
Təhsil: 2008/2009-cu tədris ilində rayonun təhsil müəssisələri işlərini Azərbaycan Respublikası Prezidentinin sərəncamları, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Gənc istedadlarına Dövlət Qayğısı haqqında” Fərmanı, “Uşaq Hüquqları haqqında” Qanunu, həmçinin, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin proqram, plan, sərəncam və normativ sənədləri əsasında qurub. 2008/2009-cu tədris ilində Nərimanov rayonu ərazisində yerləşən 22 ümumtəhsil məktəbində 26554 şagird təhsil alıb. Bunlardan 2448 nəfəri XI sinfi bitirib, 339 nəfər müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak etməyib, 2157 nəfəri orta təhsil haqqında attestat alıb, onlardan 5-i fərqlənmə attestatıdır. Ali məktəblərə daxil olanlardan qəbul imtahanlarının nəticəsinə görə 55 nəfər 600-dən yuxarı bal toplayıb. Azərbaycan Respublikası Prezidentinin “2009/2010-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamı ilə 8 nəfərə Prezident təqaüdü verilib. Qeyd etmək lazımdır ki, 2008-ci ildə 600-dən yuxarı bal toplayanların sayı 69 nəfər olub, onlardan yalnız 4 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bu fakt təhsilin keyfiyyətinin artmasının göstəricisidir.
Onu da qeyd edək ki, rayon ərazisindəki 8 ali məktəbdə 13584 tələbə, 5 orta-ixtisas məktəbində isə 4989 tələbə təhsil alır.
Səhiyyə: Nərimanov rayonu ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində 1172 həkim və 1549 orta tibb işçisi çalışır. 2009-cu ilin 9 ayı ərzində Nərimanov rayonunda 2070 uşaq dünyaya göz açıb. Aparılmış tibbi müayinələr zamanı 504 nəfər diabet, 29 nəfər vərəm və 72 nəfər bədxassəli yeni törəmə xəstəsi qeydə alınıb və müalicəyə cəlb olunub.
Yay mövsümü ilə əlaqədar rayonun sanitar-epidemik vəziyyətinin öyrənilməsi məqsədi ilə Rayon GEM-nin, Rayon MKTB-nin və Rayon Pİ-nin əməkdaşları ilə birgə hər həftənin şənbə günləri reydlər təşkil olunub, qeyri-qanuni heyvan kəsimi və ət satışı qadağan edilib, 150 nəfər fiziki şəxsə sanitariya-epidemioloji sahədə inzibati xəta haqqında protokol tərtib edilib, “Keşlə” bazarında donuz ətinin satışı ləğv edilib, 4 obyektdə 15 adda ərzaq məhsulu, istifadə müddəti bitdiyinə görə satışdan çıxarılıb.
Gənclər və idman: 2009-cu ilin 9 ayında Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin asudə vaxtının təşkili, onların fiziki və mənəvi tərbiyəsi, əxlaqi və milli dəyərlərimizin qorunub saxlanması, Respublikamızda gedən ictimai-siyasi proseslərdə onların fəallıqlarının artması, Azərbaycan gəncliyinin formalaşdırılması və s. istiqamətində müxtəlif tədbirlər (konfranslar, dəyirmi masalar, seminarlar və s.) keçirilib. Gənclərin idmana cəlb olunması məqsədilə müxtəlif idman yarışları, spartakiadalar keçirilib və bu yarışlarda idmanın kütləviliyi təmin olunub. Bu gün Azərbaycan gəncləri əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində Onun ən yaxın yardımçılarıdır.
Göründüyü kimi, Nərimanov rayonunda Dövlət Proqramından irəli gələn işlər yüksək səviyyədə həyata keçirilir. Həyata keçirilmiş işlər nəticəsində isə rayonun siması tamamilə dəyişib, insanların rifah halı yüksəlib.
Rayon əhalisinin yeganə seçimi YAP-dır: “Keçirilmiş son siyasi kampaniyalar zamanı rayon əhalisinin yüksək aktivlik nümayiş etdirməsi və Yeni Azərbaycan Partiyasını dəstəkləməsi bir daha sübut edir ki, Nərimanov rayonunun insanlarının yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır”. Bu sözləri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev söyləyib.
Qeyd edək ki, YAP Nərimanov rayon təşkilatı sıralarında 6691 nəfər qadın, 5576 nəfər gənci, ümumilikdə isə, 15813 nəfəri birləşdirir. İlk təşkilatların sayı isə 123-dür.
Təmraz Tağıyevin sözlərinə görə, rayonda aparılan abadlıq-quruculuq işləri, insanların rifah halının yüksəldilməsi naminə görülən tədbirlər hakim partiyaya olan inamını daha da artırır. Bu səbədən də, Yeni Azərbaycan Partiyası keçirilmiş bütün seçkilərdə mütləq qələbə qazanaraq monolitliyini sübut edib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
