/ / “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
24.10.2019 [09:40]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən deputatlar və media orqanlarının rəhbərləri əvvəlcə DOST mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Müsabiqə qaliblərinin mükafatlandırılması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini qeyd edib. O bildirib ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub. Həmçinin həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Eyni zamanda, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulması, vətəndaş məmnuniyyətinə nail olunması üçün mühüm islahatlar aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin gerçəkləşməsi bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində məqsəd dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə göstərilməsinə imkan verən DOST layihəsinin üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Nazir deyib ki, Prezident İlham Əliyev sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramlar icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacağını bəyan edib. Dövlət başçısı, eyni zamanda, şəffaflığın, dövlət nəzarətinin və ictimai nəzarətin təminatını əsas vəzifələrdən biri kimi müəyyən edib. “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”, - deyə vurğulayıb.
S.Babayev müvafiq fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin, nazirlik üzrə məlumatların ictimai açıqlığının təmin edilməsi üçün görülmüş işləri qeyd edib. Bildirib ki, “E-sosial” internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə bərabər, öz sosial hüquqlarının təminatına ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq proqramı iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında “İşsizin DOSTu” proqramı iştirakçılarının siyahısı təqdim olunur.
Nazir ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, ictimai məlumatlandırmada media ilə fəal əməkdaşlığa xüsusi önəm verildiyini deyib.
Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu il iyulun 24-də elan edilən və sentyabrın 27-də başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Qaliblər və həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşları üçün pul mükafatı və diplomlar nəzərdə tutulub.
Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edərək, dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda qaliblərə, həmçinin həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarına mükafat və diplomlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

