Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şamaxıda “Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub

Şamaxıda “Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub

01.10.2019 [09:44]

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installyasiyanın Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyib.
Heykəl-installyasiyanın müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, “Nəsiminin ruhu” adlı heykəl-installyasiyanın İmadəddin Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib.
Açılış mərasimində Estoniyanın “Tallinn oğlanları xorunun” çıxışı olub.

Paylaş:
Baxılıb: 520 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31