Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14.09.2019 [10:22]
Yeni tədris ilinin başlanması ərəfəsindəyik. Tələbə adını qazanmış gənclər səbirsizliklə ilk dərs günlərini gözləyirlər. Məlum olduğu kimi, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb. Əldə etdiyimiz məlumata görə, bu il belə məktəbləri bitirən 11 məzun 600-dən çox bal toplayıb. Onların arasında ən yüksək nəticəni isə Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. 17 yaşlı abituriyent 670,6 balla Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə qəbul olub.
Ənənəvi olaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik: “2002-ci ildə Ağdaş şəhərində anadan olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Özümdən kiçik bir bacım var. Anam oxuduğumuz məktəbdə işləyir. Repetitor yanına, demək olar ki, çox qısa müddətə getdim. 1-ci sinifdən 11-ci sinfə qədər xüsusi müəllim tutmamışıq. Dərslərim ilə daha çox anam məşğul olub. İndiyədək bir çox bilik yarışlarında mükafata layiq görülmüşəm. Çoxlu təltifnamələr almışam. Belə ki, ingilis dili üzrə Bakıda keçirilən yarışlarda medal qazanmışam. Bu ixtisası seçməyimdə də valideynlərimin çox böyük dəstəyi oldu”.
Müsahibimiz düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyentin bu nəticəni əldə edə biləcəyini söyləyir: “Sualları çox rahatlıqla cavabladım. Yüksək bal toplayacağıma əmin idim. Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam. Gələn il tələbə adını qazanmaq arzusunda olan abituriyentlərə də demək istəyirəm ki, sistemli və nizamlı şəkildə dərslərini oxusunlar. Bu nəticə onlar üçün də əlçatan olacaq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16

