/ / Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələrin nəzərinə
Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələrin nəzərinə
04.09.2019 [09:16]
Sentyabrın 4-də Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olan tələbələrin ingilis dili üzrə yerləşdirmə testi keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədrisi ingilis dilində aparılan ixtisaslara (mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat menecment, marketinq, biznesin idarə edilməsi) qəbul olan tələbələr üçün Yerləşdirmə Testi (Placement Test) sentyabrın 4-də keçiriləcək. Qeydiyyatdan keçərək qəbulu rəsmiləşdirən bütün tələbələr Xarici dillər kafedrası tərəfindən hazırlanmış test üzrə imtahan verməlidirlər.
Yerləşdirmə testi tələbənin bakalavriat pilləsində qəbul olduğu ixtisas üzrə ingilis dilində təhsil alması üçün vacib olan dil bacarıqlarını müəyyənləşdirmək və tələbəni dil səviyyəsinə uyğun qruplarda yerləşdirmək məqsədilə təşkil edilir. Bu prosesdə tələbənin qəbul imtahanlarında topladığı bal əhəmiyyət kəsb etmir.
Yerləşdirmə testində olan sualların sayı 100-dür. İmtahanda tələbənin ingilis dilinin qrammatikası, söz ehtiyatı bilikləri, o cümlədən dil strukturları və zamanlardan düzgün istifadə bacarıqları qiymətləndirilir. 91 və yuxarı nəticə göstərən tələbələr hazırlıq proqramından azad edilir və qəbul olduqları ixtisas üzrə tədris proqramına qoşulurlar.
Qeyd edək ki, Azərbaycan Universitetində tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən, yaxud daxili yerləşdirmə testindən uğurla keçən (Placement Test) tələbələr birbaşa I kursa başlayırlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:56
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16

