Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20.08.2019 [09:10]
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Artıq abituriyentlər ixtisas seçimlərini ediblər. Səbirsizliklə yeni dərs ilini gözləyirlər. Cari ildə keçirilən imtahanlarda 700 ballıq nəticə göstərən abituriyent olmayıb. Lakin qruplar üzrə ən yüksək bal toplayan abituriyentlərin adları artıq bəllidir. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Həmin gənclərdən biri də Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbin məzunu Əsmər Hacızadədir. Orta məktəbi yüksək nəticə ilə başa vuran Əsmər hər zaman nizam-intizamlı şagird olmağa çalışıb. VIII sinifdə oxuyarkən, kimya fənnindən keçirilən olimpiadada III yeri tutub. Ailənin yeganə övladı olan həmsöhbətimiz müəllim ailəsində dünyaya gəlib.
Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal (690.5) toplamış Ə.Hacızadə Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasını seçib: “Hər zaman texnologiyalara marağım olub. BANM-də tədris yüksək səviyyədədir. Dərslər ingilis dilində keçirilir. Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram. Burada uğur qazanacağıma inanıram. Ölkəmizin inkişafında mühüm rol oynayan gənclərdən biri olmaq istəyirəm. Növbəti il imtahan həyəcanını yaşayacaq abituriyentlərə demək istərdim ki, sistemli və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə, özlərinə inansınlar”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41

