Füzulidə şəhid ailələri ilə görüş
27.07.2019 [01:45]
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunda şəhid ailələri ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələri ilə söhbət edib, onların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlərini dinləyiblər.
Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Bahar Muradova bildirib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladları xalqımızın qəlbində daim yaşayacaq. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir. Prezident İlham Əliyevin şəhid ailələri ilə çoxsaylı görüşləri, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə dövlət başçısının müvafiq Fərmanı ilə birdəfəlik ödəmənin verilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının təzahürüdür.
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli rayon ictimaiyyətinin nümayəndələri daha sonra Alıxanlı kəndinə gələrək 2017-ci ildə Ermənistan ordusunun təxribatının qurbanı olan iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.
Ailə üzvləri ilə söhbət zamanı Bahar Muradova bildirib ki, 2 yaşlı Zəhranın qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və erməni vəhşiliyinə yönəltdi. ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasında Ermənistanın dinc sakinləri qətlə yetirməsi 57 ölkədən olan nümayəndələrin diqqətinə çatdırıldı. Sessiyada Zəhranın və onun nənəsinin qətlə yetirilməsi qəti şəkildə pislənildi, uşaq qatillərinin əməllərinə hüquqi qiymət verilməsi tələb olundu.
Balaca Zəhranın heç vaxt unudulmayacağını deyən Bahar Muradova Quliyevlər ailəsində daha bir uşağın anadan olmasına sevincini ifadə edib. Zəhranın atası Elnur Quliyev onlarla görüşə gəldiklərinə, daim qayğılarına qaldıqlarına görə Bahar Muradovaya və Füzuli rayon ictimaiyyətinə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

