Qafqaz Müsəlmanları İdarəsinin sədri Çeçenistana səfər edib
02.04.2019 [09:35]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A.Paşazadə Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.
Prezident İlham Əliyevin salamlarını Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova, bütün çeçen xalqına və konfrans iştirakçılarına çatdıran QMİ sədri bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir. İnanıram ki, bugünkü konfrans bu müqəddəs əmələ öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal miqyasda multikulturalizm və İslam həmrəyliyi ideyaları uğrunda yorulmadan çalışır. Qonşu dövlətlərlə yaxın münasibətlərin qorunub saxlanılması Azərbaycan Prezidentinin apardığı xarici siyasətin əsas prioritetlərindən biridir. Bu isə Qafqaz xalqlarının daha da yaxınlaşmasına, bölgədəki sülhə və sabitliyə, dostluq əlaqələrini, xüsusən də Rusiya ilə Azərbaycan arasında yaxın münasibətləri gücləndirməyə xidmət edir.
Bütün dünyada demokratiya, insan hüquqları və azadlıqlarının carçısı olduğunu iddia edən ölkələrdə irqi və dini dözümsüzlük, məcburi köç və demoqrafik fəlakətlərin səbəb olduğu hiddətli hərəkətlər var, fərdi qüvvələr bütün insanlığın sülh və sabitliyinə təhlükə yaradır. Yeni Zelandiyanın məscidlərində müsəlmanlara qarşı aşkar terror hücumunun terrorist hərəkət kimi tanınmaması da islamofobiyanın göstəricisidir.
Qafqaz xalqları arasında yaxşı münasibətlər qiymətli tarixi nailiyyətdir. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi istisna təşkil edir. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir, Azərbaycan torpaqlarının iyirmi faizi hələ də bütün beynəlxalq normalara baxmayaraq erməni ekstremistlərinin işğalı altındadır. Azərbaycan xalqının mədəni və dini mirası məhv edilir. Biz Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həllini tələb edirik.
Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən Çeçenistan lideri Azərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.
Qroznıya səfəri çərçivəsində QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz müftiləri ilə də görüşüb, cari məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra Beynəlxalq İslam Liqasının baş katibi Məhəmməd bin Əbdül Kərim əl-İsa ilə görüşən A.Paşazadə onunla İslam aləmində cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

