Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkını ziyarət ediblər

Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkını ziyarət ediblər

26.02.2019 [08:50]

Xocalı soyqırımının 27-ci ildönümümü ilə əlaqədar fevralın 25-də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın tanınmış ziyalıları və ağsaqqalları abidənin önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xocalı faciəsinin müasir dünyada böyük soyqırımı olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı Azərbaycanın müstəqilliyi dövründə ən ağrılı günlərdən biridir. Xocalıya edilmiş hücum nəticəsində bir gecədə şəhər yerlə-yeksan edilib, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Soyqırımını törədən erməni terrorçuları uşaq və böyük demədən hər kəsi xüsusi amansızlıqla qətlə yetiriblər. Orada ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc insanların tək günahı azərbaycanlı və müsəlman olmaları idi. Bu səbəbdən Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına qarşı, eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.
Ağsaqqallar Şurasının sədri əlavə edib ki, hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Günahsız insanların qanının yerdə qalmayacağını deyən F.Heydərov bildirib ki, gün gələcək üçrəngli dövlət bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30