Azərbaycanda qiymət artımı ilə bağlı yayılan şayiələrin heç bir əsası yoxdur
26.02.2019 [08:43]
Bunu belə bir fakt da təsdiqləyir ki, dünya bazarında taxılın qiyməti artdığı halda, respublikamızda çörəyin və un məmulatlarının qiyməti sabit olaraq qalır
Son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün hər cəhətdən nümunəvi olan və bütün dünyada böyük maraqla izlənilən inkişaf modelini formalaşdırıb. Ölkəyə gələn neft gəlirlərinin səmərəli şəkildə idarə edilməsi, qlobal miqyasda meydana çıxan çağırışlar nəzərə alınmaqla aparılan ardıcıl islahatlar, müxtəlif təşviq və dəstək tədbirləri sayəsində Azərbaycan özünün iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Bəhs olunan dövrdə respublikamızda ümumi daxili məhsul istehsalı 3,3 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur. Eyni zamanda, Azərbaycan strateji valyuta ehtiyatlarını 24 dəfə artıraraq 45 milyard dollara çatdırıb.
Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkədə getdikcə artan iqtisadi və maliyyə imkanlarına adekvat şəkildə dərinməzmunlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Respublikamızda ədalətli resurs bölgüsü yüksək səviyyədə təmin edilir. Belə ki, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər. Ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlara uyğun olaraq aztəminatlı insanların, o cümlədən də qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların sosial müdafiələrinin gücləndirilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir.
Təbii ki, Azərbaycanın dinamik iqtisadi inkişafı və bu əsasda dərinməzmunlu sosial siyasət həyata keçirməsi uğurlarımızı həzm edə bilməyən, ölkədəki möhkəm xalq-iqtidar həmrəyliyinə qısqanclıqla yanaşan ayrı-ayrı qüvvələri bərk narahat edir. Buna görə də belə qüvvələr tərəfindən zaman-zaman dövriyyəyə respublikamızın müsbət reallıqları ilə bir araya sığmayan şayiələr buraxılır. Bu günlərdə bəzi KİV-lərdə, o cümlədən də sosial şəbəkələrdə Azərbaycanda guya qiymətlərin artması ilə bağlı yayılan şayiələr buna ən son nümunələrdən biridir. Təbii ki, bu dəfə də ölkəmizdə qiymətlərin artmasını iddia edənlər heç bir mənbəyə istinad etmirlər. Əksinə, bəzi KİV-lərdə və sosial şəbəklərdə qiymətlərin artması ilə bağılı məqsədyönlü şəkildə dövriyyəyə buraxılan belə şayiələrin mahiyyətində qərəzli yanaşmanın dayandığı açıq-aydın nəzərə çarpır. Yəni kimsəyə sirr deyil ki, bu şayiələri yayanların əsas məqsədi süni şəkildə əhalidə narazılıq yaratmaqdır. Lakin həmin qüvvələrin arzuları puç olacaq.
Yeri gəlmişkən, Azərbaycanın istehlak bazarında qiymətlərin artması ilə bağlı dövriyyəyə buraxılan şayiələrin heç bir əsası olmadığını ölkədə çörəyin və un məmulatlarının qiymətinin sabit qalması faktı da bir daha təsdiqləyir. Azərbaycanda çörəyin, un məmulatlarının qiyməti hər kəsə aid olan məsələdir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Elə ölkəmizdə dövriyyəyə qiymət artımına dair şayiələr buraxanlar da bu həssas məqamı nəzərə alaraq həmçinin çörəyin və un məmulatlarının qiymətlərinin artması ilə bağlı süni ajiotaj yaratmağa çalışırlar. Halbuki Azərbaycanın ticarət şəbəkələrində uzun müddətdir ki, digər ərzaq məhsulları kimi, çörək və un məmulatlarının qiymətlərində də hər hansı artım müşahidə edilmir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə uyğun olaraq çörəyin və un məmulatlarının qiymətinin sabit saxlanılması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə dünya bazarında taxılın qiymətinin artması fonunda Azərbaycanda çörəyin və un məmulatlarının qiymətinin sabit qalması bunu bir daha təsdiqləyir. Məlumat üçün bildirək ki, son dövrlərdə dünya taxıl bazarında ciddi narahatlıq yaşanır. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ötən il yaydığı məlumata əsasən, dünyada taxıl istehsalı əvvəlki illə müqayisədə təxminən 2,4 faiz azalıb. Bu, son üç ilin ən aşağı göstəricisidir. Əlbəttə, dünyada taxıl istehsalının azalmasına müxtəlif amillər öz təsirini göstərir. Qlobal miqyasda taxıl istehsalının azalması isə öz növbəsində qiymət artımını şərtləndirir.
Azərbaycan dövləti isə çörək və un məmulatlarının qiymətləri ilə bağlı həssas məsələni daim diqqət mərkəzində saxlayır və bu sahədə müəyyən tənzimləmə tədbirləri görür. Ölkəmizdə taxıl istehsalı müxtəlif dəstək tədbirləri vasitəsilə məqsədyönlü şəkildə təşviq edilir. Respublikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün yüksəkkeyfiyyətli buğdanın tədarükünü həyata keçirir. Xatırladaq ki, adıçəkilən qurum 2018-ci ildə fermerlərdən taxılın hər tonunu 300 manata tədarük edib, halbuki 2017-ci ildə bu rəqəm 270-280 manat civarında idi.
Biz Azərbaycanın istehlak bazarında yalnız bir mühüm pozisiya üzrə qiymətlərin uzunmüddətli dövrdə sabit saxlanılmasına aydınlıq gətirdik. Onu da xüsusi olaraq vurğulayaq ki, ölkəmizdə istehlak bazarında digər ərzaq məhsulların qiymətində də heç bir artım müşahidə edilmir. Elə marketlər, bazar və mağazalarda ərzaq məhsullarının qiymət vəziyyəti ilə bağlı aparılan araşdırmalar da hər hansı qiymət artımının baş vermədiyini bir daha təsdiqləyir. Əksinə əsas istehlak mallarının qiymətlərinin sabit qalması fonunda əhalinin gəlir imkanları isə getdikcə genişlənir ki, bu da ölkədə aparılan sosial siyasəti təzahür etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05

