ATİB-in təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
23.02.2019 [22:42]
Fevralın 23-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. Əvvəlcə Xocalıda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, ATİB-in idarə heyətinin üzvü Avni Demirçi 27 il əvvəl Xocalıda erməni quldur dəstələri tərəfindən baş vermiş qətliam əslində dinc əhaliyə qarşı törədilən soyqırımı olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin və 366-cı motoatıcı alayının zirehli texnikası, hərbi heyətinin köməyi ilə Xocalı şəhərinə hücumu zamanı 613 nəfər həlak olub. Onların arasında yüzlərlə günahsız insan, o cümlədən, uşaq, qadın və qocalar olub.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımından və yaranma səbəblərindən danışıb.
Tarixi həqiqətləri dilə gətirən H.İsaxanlı qeyd edib ki, erməni millətçiləri daim Azərbaycan ərazilərinə iddia ediblər. Erməni tarixini tamamilə uydurma və cəfəng adlandıran rektor deyib ki, ermənilərin varlığı onların yazdıqları tarixlə bağlı olub. Erməni millətçiləri tarixi istədikləri kimi yazırlar. Onların əsas məqsədi böyük Ermənistan yaratmaqdır. Lakin bütün bunlar boş xəyaldan başqa bir şey deyil”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Anadolu Universitetinin ədəbiyyat fakültəsinin tarix bölməsinin nümayəndəsi Mehmet Topal və Azərbaycan Dövlət Universitetinin tarix kafedrasının nümayəndəsi Əziz Boran bildiriblər ki, bu faciə heç bir vaxt unudulmamalı, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24

