Milli Məclisin deputatı seçiciləri ilə görüşüb
14.02.2019 [10:05]
56 saylı Xaçmaz kənd Seçki Dairəsindən Milli Məclisin üzvü İlham Əlisəftər oğlu Əliyevin seçicilər ilə görüşü keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev dövlət başçısının son zamanlar əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı Fərman və sərəncamların əhəmiyyəti, Şamaxı rayonunda baş verən zəlzələdən zərər çəkmiş vətəndaşlarla, Azərbaycan gəncləri ilə, şəhid ailələri ilə görüşləri, həmçinin minimum əməkhaqqının artırılaraq yaşayış minimumu ilə eyniləşdirilməsi, bütün şəhid ailələrinə birdəfəlik yardımın verilməsi, şəhid ailələrinin və əlillərin maşın və mənzil ilə təmin edilməsi barədə danışıb.
N.Ağayev eyni zamanda dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən sabitliyin sosial-iqtisadi inkişafın əsasını təşkil etdiyini bildirib, bunun nəticəsində xarici investorların Azərbaycana cəlb olunmasının iqtisadiyyatımızın inkişafındakı rolu və digər məsələlər barədə də məlumat verib.
Rayon təşkilatının sədri çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmişə olduğu kimi, qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlarla görüşündən də bəhs edib və dövlət siyasətinin mərkəzində vətəndaşların rifahının dayandığını bildirib.
Sonra seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatı İlham Əlisəftər oğlu Əliyev ona göstərilən etimada görə təşəkkür etməklə yanaşı, seçildiyi müddət ərzində seçicilərinin qaldırdığı məsələlərin həlli ilə əlaqədar gördüyü işlər barədə məlumat verib. Millət vəkili həmçinin dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət barədə də ətraflı danışıb, son illərdə sürətli iqtisadi inkişafın nəticəsində ölkəmizdə əldə olunan uğurların beynəlxalq aləmdə rəğbətlə qarşılandığını bildirib.
Ölkə rəhbərliyinin təhsilə, səhiyyəyə, mədəniyyətə göstərdiyi qayğı və diqqət barədə də danışan millət vəkili bu istiqamətlərdə Xaçmazda da uğurların əldə edildiyini deyib: “2010-cu ildən indiyə qədər 82 nəfər yüksək bal toplayan xaçmazlı tələbənin aylıq təqaüdlə təmin edilməsi rayonda təhsilə stimul verib. Demək olar ki, bu gün Xaçmazda yüksək bal toplamaq uğrunda bir yarış keçirilir”.
Natiq çıxışının sonunda ölkəmizin inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova, şəhid atası Hacıağa Yəhyayev, seçicilərdən Yaqut Mansurova, Elman Bəkərov, Telman Təravət, Qoçadze Tahir, gənc həkim Ziyad Əliyev, tələbələrdən Səbinə Məmmədxanova, Mirvari Nəsirova və başqaları çıxış edərək Prezident İlham Əliyevə minnətdarlıq bildirib, ölkədə həyata keçirilən uğurlu siyasəti dəstəklədiklərini, hər zaman Prezidentimizin, dövlətimizin yanında olduqlarını vurğulayıblar.
Xüsusilə qeyd ediblər ki, həyata keçirilən sosialyönümlü siyasət yerlərdə əhali tərəfindən yüksək qarşılanır. Natiqlər, həmçinin “Prezidentimizə həmişə sədaqət nümayiş etdirən deputatımız seçicilərə hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə tanış olur, bu problemlərin yerindəcə həll olunmasına köməklik göstərir”, - deyə vurğulayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07

