İlahiyyat İnstitutunun yaradılması milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricisidir
09.02.2019 [10:53]
Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birillik fəaliyyətinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Aİİ-nin kollektivi əvvəlcə Fəxri xiyabana gedərək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyaraq xatirəsini anıblar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Rektor Ceyhun Məmmədov Aİİ-nin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradıldığını deyib. Bildirib ki, institutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasıdır.
Ceyhun Məmmədov Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, Aİİ-nin yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.
Rektor ötən bir il ərzində institutun gördüyü işlər, fəaliyyət istiqamətləri və hədəfləri haqqında məlumat verib.
DQİDK-nın sədri Mübariz Qurbanlı institutun birillik fəaliyyətini yüksək qiymətləndirib. O, institutun yüksəkixtisaslı kadrlar hazırlanması üçün əlverişli təhsil mühiti yaradacağına, gənclərin başqa ölkələrə dini təhsili almağa getməsinin qarşısının alınacağına, dini məbədlərimizin yüksəkixtisaslı din xadimləri ilə təmin olunacağına ümidvar olduğunu deyib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov Azərbaycanın din sahəsində uğurlu siyasət həyata keçirdiyini söyləyib. Vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır, dini tolerantlıqla bağlı dünyaya ciddi mesajlar verir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev institutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Cəmiyyətimizdə dini təhsilə böyük tələbat olduğunu deyən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein İlahiyyat İnstitutunun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd edib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə ölkədə bu dəyərləri qoruyan və təbliğ edən din xadimləri yetişəcək.
Milli Məclisin deputatı Fazil Mustafa din sahəsində kənar təsirlərdən uzaq, milli düşüncəyə sahib, dövlətçiliyimizə bağlı mütəxəssislərə ehtiyac olduğunu deyib, institutun bu cür kadrlar yetişdirəcəyinə inamını ifadə edib.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib.
Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim Aİİ-nin məqsəd və hədəflərini müsbət dəyərləndirib, instituta fəaliyyətində uğurlar arzulayıb.
Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev Aİİ-nin yaranması və fəaliyyətinin birilliyi münasibətilə institut heyətini təbrik ediblər.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətindən bəhs edən “Dəyərlərin izi ilə” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

