Bakıda “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda tədbir keçirilib
29.01.2019 [09:50]
Yanvarın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Dillər Universitetinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbirin önəmindən danışıb. Bildirib ki, buradakı məruzələr sayəsində tələbələrin, alimlərin təsəvvüf anlayışları dərinləşəcək, eyni zamanda, onların bir-birinə münasibətləri, daxili əxlaqı, gözəlliyi daha çox üzə çıxacaq.
Rektor deyib ki, insan mənəviyyatının son dərəcə mühüm məqamlarından biri onun öz könlü ilə birləşməsinə aparan yollardır. Bu, təsəvvüfdür, bu, insanın özünü tanımasına yönəlmiş bir yoldur. Türk dünyasının alimləri bu yolun türk mənəviyyatına, müsəlman, dünya xalqlarının əxlaqına uyğun gəlməsini dəfələrlə sübut ediblər.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün milli-mənəvi dəyərlərimizin qlobal imperializm tərəfindən hədəfə alındığı, cəmiyyətin dəyərsizləşdirilmək, mənəviyyatsızlaşdırılmaq istənildiyi bir vaxtda belə tədbirin keçirilməsi milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfədir. Türk dünyasının inzibati, siyasi sərhədləri var. Ancaq türk dünyasının mənəvi sərhədləri onun inzibati-siyasi sərhədlərindən qat-qat böyükdür.
Hikmət Babaoğlu qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan prezidentləri məhz mənəvi dünyamızın bərpa olunması, onun sərhədlərinin daha da genişləndirilməsi üçün müxtəlif təşkilatlar yaradırlar. Bu təşkilatlar özümüzü tanıtmaq, eyni zamanda, mənəvi dünyamızı bütün dünyaya yenidən tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.
Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, Azərbaycanın türk dünyasının təsəvvüfünə, İslam dünyasına verdiyi töhfələrin gənclərə öyrədilməsi çox vacibdir. Təsəvvüf bizim tariximiz, düşüncə tərzimiz, fikrimiz, böyük mənəviyyatımızın bir parçasıdır.
Deputat bildirib ki, bizim gənclərimiz tariximizi, mədəniyyətimizi dərindən bilməlidirlər. Müsəlman dünyasında bir sıra cərəyanlar var. Təəssüf ki, onlar İslam dinindən istifadə edirlər. Amma əslində əməllərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Ona görə gənc nəslin dinimizi daha doğru öyrənməsi çox vacibdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Şərqin, o cümlədən Azərbaycan xalqının çox dahi şəxsiyyətləri var. Yunus Əmrə İnstitutu Türkiyə, Azərbaycan və digər ölkələrdə bu şəxsiyyətlərə həsr olunmuş konfranslar keçirir, bu istiqamətdə böyük işlər görür. “Ümid edirəm ki, tədbir iştirakçıları Seyid Yəhya Şirvani Bakuvi kimi müdrik şəxslə daha yaxından tanış olacaq, onu öz yaddaşlarında Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyət kimi əbədi yaşadacaqlar”, - deyə o bildirib.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir diqqətə çatdırıb ki, təsəvvüf bizim daxili dünyamızı zənginləşdirir, türk mədəniyyətinin tanıdılmasına yol açır. Bizim tariximizi təsəvvüfsüz təsəvvür etmək mümkün deyil və bu gün təsəvvüf hələ də yaşayır. Təsəvvüf min illərdən bəri insanın kamil fikrini və modelini müdafiə edən və yaşadan anlayışdır.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov “Azərbaycan təsəvvüf ənənəsində xəlvətliyin yeri”, Kalkandələn Dövlət Universitetinin müəllimi Metin İzeti “Balkan ölkələrində Seyid Yəhya Şirvani ənənəsi”, Ankara Sosial Elmlər Universiteti Qrafik dizayn fakültəsinin müəllimi Ümit Akdemir “Bir sevgi rəhbəri Seyid Yəhya Şirvani və əsərləri”, Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov “Azərbaycanda birgəyaşayış ənənəsinin formalaşmasında təsəvvüfün rolu”, tədqiqatçı, yazıçı, Türk Təsəvvüf Musiqisi Vəqfi, İstanbul tarixi türk musiqisi qrupunun qurucu müdiri Ömer Tuğrul İnançer “İslam, Təsəvvüf və xəlvətilik”, Gazi Universiteti türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mustafa Tatçı “Əbədi silsilə və Yəhya Şirvani” adlı məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Türk Təsəvvüf Musiqisi” adlı konsert keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

