Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı
26.01.2019 [10:42]
İlahiyyatçı Elşad Miriyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya sosial şəbəkələr vasitəsilə müraciət ünvanlayıb. Müraciətin səbəbi Dövlət Komitəsinin E.Miriyevin müəllifi olduğu “İslamda yoxdur” kitabının çapını məqsədəuyğun hesab etməməsi və bununla bağlı qərarı Apellyasiya Məhkəməsinin qüvvədə saxlamasıdır.
Dövlət Komitəsi tərəfindən “İslamda yoxdur” kitabının nəşrinin məqsədəuyğun sayılmamasının səbəbi, o cümlədən E.Miriyevin söylədikləri barədə dəfələrlə mətbuata açıqlama verilib. Hətta bu barədə Dövlət Komitəsində müəllifin özü ilə dəfələrlə söhbət aparılıb və sualları cavablandırılıb. Lakin təəssüf ki, E.Miriyev indiyədək, o cümlədən sonuncu videomüraciətində məsələ ilə bağlı məqsədli şəkildə yanlış fikir formalaşdırmağa çalışır. Belə ki, müəllif məlum kitabının xurafata, falçılığa, cadugərliyə, siğəyə və s. qarşı yazıldığını və buna görə nəşrinə icazə verilmədiyini iddia edir. Həmçinin, kitabın çapına icazə verilməməsini senzura kimi qələmə verir.
Bir daha bildiririk ki, dinşünaslıq ekspertizasının həyata keçirilməsi senzura kimi qəbul edilə bilməz. Bunun əksini yalnız hüquqdan xəbəri olmayanların və ya başqa məqsəd güdənlərin deməsi mümkündür. “İslamda yoxdur” kitabının nəşrinin məqsədəuyğun sayılmamasının səbəbi kitabla bağlı rəydə qeyd olunur. Rəydə bildirilir ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır. Müəllifin bu məsələlər barədə mövqeyi cəmiyyətdə maarifləndirmədən daha çox dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər.
Onu da qeyd etmək lazımdır ki, kitabda toxunulan məsələlərlə (xüsusilə, sehr, cadu, siğə, azyaşlıların ailə qurması və s.) bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına həqiqətən də ehtiyac var və kitabın bu hissəsinə heç bir irad yoxdur, ola da bilməz. Lakin həssas dini məsələlərlə bağlı maarifləndirmə işi aparılarkən ölkədəki dini mühit, insanların, xüsusilə möminlərin diqqət göstərdiyi məqamlar, müəyyən fikirlərin cəmiyyətdə doğura biləcəyi reaksiyalar mümkün qədər nəzərə alınmalı, dindarların heysiyyatına toxuna biləcək nüanslardan maksimum qaçınılmalıdır. Hətta mümkün qədər mülayim və ehtiyatlı danışıq və yazı üslubu seçilməlidir. Lakin Elşad Miriyevin məlum kitabının “dili” və “üslubu” bilərəkdən və ya bilməyərəkdən sərtdir. Mövzularla bağlı sualların qoyuluşundan, daha doğrusu mövzuların məqsədli şəkildə sərt sual formasında qoyulmasından və mövzuya yanaşmadan aydın görünür ki, müəllif oxucunu maarifləndirməkdən daha çox, müəyyən dini kəsimi qıcıqlandırmaq məqsədi güdür. Məsələn, hansısa bir şəxsin, o cümlədən E.Miriyevin seyidlik anlayışını və seyidləri qəbul etməməsini başa düşmək olar. Bu, hər kəsin şəxsi işidir. Lakin “seyidlik” və “iblis təkəbbürlüyü” arasında hansısa formada bənzərlik “tapmaq” və müqayisə aparmaq və ya ironik eyhamla “ağır”, “yüngül” seyidlər ifadəsini işlətmək nəinki ilahiyyatçıya yaraşmır, hətta insanların heysiyyatına toxunmaq kimi qiymətləndirilə bilər.
E.Miriyevə ilk gündən bildirilib ki, sözügedən iki məqam kitabdan çıxarılacağı təqdirdə onun nəşrinə icazə verilə bilər. Amma o, məqsədli şəkildə bunu etmir. Bu məsələdən istifadə edərək gündəmdə qalmaq, diqqəti cəlb etmək istəyir. Kitabla bağlı Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşının mütəxəssis rəyini də müxtəlif bəhanələrlə “qaralamağa” çalışır. Həmçinin, “İslamda yoxdur” kitabının Türkiyə və Qırğızıstanda nəşr olunmasını xüsusi qabardaraq Dövlət Komitəsinin ekspertlərini qərəzli münasibətdə ittiham edir. Bir daha qeyd edirik ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər olduğu üçün onun çapı məqsədəuyğun sayılmayıb. Təbii ki, Azərbaycandakı dini durum Türkiyə və Qırğızıstandan fərqlidir. Bunu E.Miriyev də başa düşür, amma qəbul etmək istəmir. Çünki onu, məlum kitabının çapından daha çox gündəmdə qalmaq maraqlandırır. Onu da bildiririk ki, Dövlət Komitəsi tərəfindən son günlərədək E.Miriyevin müəllifi olduğu və ya ölkəyə idxal etdiyi onlarla kitaba razılıq verilib. Bu məsələdə hər-hansı qərəzin və qeyri-obyektivliyin olmadığı hamıya məlumdur.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

